Koronavirus pandemiyası dövründə də sosial layihələr uğurla həyata keçirilir - MÖVQE

"Koronovirus pandemiyasının yaratdığı bütün çətinliklərə baxmayaraq Azərbaycanda nəzərdə tutulan sosial layihələr uğurla həyata keçirilir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Millət vəkili bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 03 iyun 2020-ci il tarixində cəbhəyanı bölgələrdə yerləşən Tərtər, Ağcəbədi və Ağdam rayonlarına səfəri zamanı bir çox sosial infrastruktur layihələrinin açılş mərasimlərində iştirak edib: "Tərtər rayonunda ən müasir tələblərə cavab verən Tərtər İdman Olimpiya Kompleksinin açılış mərasimi keçirilmişdir. Bununla da Tərtərdə idmanla məşğul olmaq üçün çox gözəl imkan yaranmışdır. Bölgələrdə tikilən Olimpiya İdman Komplekslərinin sayı artıq 46-ya çatıb. Daha 5 rayonda Olimpiya İdman komplekslərinin tikintisi davam etdirilir. Ümumiyyətlə Azərbaycanın bölgələrində idman qurğularının tikintisi geniş vüsət alıb. Azərbaycan bu parametr üzrə dünyada qabaqcıl yerlərdən birini tutur. Cənab Prezidentin iştirakı ilə Tərtərdə Dövlət Rəmzləri muzeyi açılımışdır. Eyni zamanda rayonda 6 yaşayış məntəqəsini birləşdirən ,uzunluğu 21,5 km ola yol, yeni elektrik yarımstansiya və “Azərxalça” müəssəsi istifadəyə verilmişdir".

R.Əliyev qeyd edib ki, Prezidentin iştirakı ilə Ağcəbədi şəhərinin içməli su təchizatı və kanilaziya sistemi, Ağcəbədi “Asan xidmət” Mərkəzi, “Ağcəbədi-2” elektrik yarımstansiyası, Dənli bitgi toxumlarının emalı zavodu istifadəyə verilib: "Cənab Prezidentin müvafiq Sərəncamları ilə Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbinin tikintisi üçün 2,0 milyon manat, Tərtər rayonunda Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi məqsədi ilə əlavə tədbirlər üçün 1,47 milyon manat vəsait ayırmışdır.

Bütün bunlar göstərir ki bütün dünyanı koronavirus pandemiyası cənginə aldığı bir zamanda, ölkəmizdə də yaranmış çətinliklərə baxmayaraq Azərbaycanda sosial layihələr uğurla həyata keçirilir. Bu bir daha göstərir ki Azərbaycan güclü bir dövlətdir və dövət siyasətinin mərkəzində əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, sağlamlığının qorunub saxlanması durur".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...