"Səfərlər yerlərdə məsuliyyəti artırır və regionların inkişafına töhfəsini verir" ÖZƏL - AÇIQLAMA

"Prezidentin həm regionlara səfəri, həm də ölkədaxili müəssisələrin, sosial obyektlərin açılışında şəxsən özünün iştirak etməsi ölkənin hansı şəraitdə olursa-olsun dinamik inkişafının bundan sonra da artacağı və post-pandemiya dövründə də uyğun olaraq insanlarımızın rifah halının yaxşılaşdırılmasına xidmət edəcək". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov pandemiya dövründə ölkədə aparılan layihələri və Prezident İlham Əliyevin bölgələrə səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, pandemiya dünya iqtisadiyyatını həm iqtisadi, həm də sosial cəhətdən tamamilə iflic edib və ilk gündən bəzi ölkələr qlobal pandemiyaya qarşı mübarizə aparma yolları üzərində düşünür, həmçinin ölkəmizdə də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva çox dərin və düşünülmüş şəkildə əhalini xilas etmək, onların sağlamlığını qorunmaq istiqamətində addımlar atır: "Ölkədə sosial vəziyyətinin yaxşılaşdırılması üçün görülən işlər, ölkə iqtisadiyyatının həm pandemiya vaxtı, həm də pandemiyadan sonrakı dövr üçün perspektivlərini müəyyən edən kompleks tədbirlərin görülməsi dünya üzrə bir nümunədir. Bu müddət ərzində Prezidentin rəhbəriliyi ilə bir çox işlər görülüb. Bu müddədə istər yol çəkilişlərinin, istərsə də sosial obyektlərin tikintisi davam etdirilib. Elə bu günlərdə "Qobu Park-3" yaşayış kompleksinin istifadəyə verilməsi ilə məcburi köçkün və qaçqın əhalimizin həyat şəraitinin yaxşılaşdırılması və ilk dəfə olaraq yaşayış massivində əhalinin məşğulluğunun təmin olunması üçün atılan addımları xüsusilə qeyd etmək lazımdır. Bakı şəhəri ilə yanaşı, eyni zamanda Prezidentin bölgələrə də bu müddət ərzində səfəri oldu. Şamaxı səfərini xatırlasaq, burada tarixi, dini abidələrin, ziyarətgahların təmir olunması, insanların mənəvi dini inanclarının həyata keçirilməsi üçün, həm də ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən ziyarətgahların təmir olunaraq əhalinin istifadəsinə verilməsi müstəsna addımlardır. Həmçinin, yolların çəkilməsi, yaşayış binalarının tikilməsi, eyni zamanda, Prezidentin Şamaxı şəhərində zəlzələdən zərər görmüş insanların mənzil şəraitinin yaxşılaşdırılması üçün görülən işlərlə yerində tanış olması, tapşırıq və tövsiyyələrini verməsi və elə bu günlərdə cəbhə bölgəsinə və təmas xəttinə yaxın yerləşən Tərtər şəhərinə səfəri də xüsusi əhəmiyyət daşıyır".

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev bölgələrə səfəri ilə bir daha göstərmiş oldu ki, hər bir işə şəxsən özü nəzarət edir, məsləhət və tövsiyyələrini yerindəcə verir: "Təbii ki, bu yerlərdə də məsuliyyəti artırır. Bu regionların inkişafına da öz töhfəsini verir. Bir çox sosial obyektlər açılır, həmin bölgədə yerləşən hərbi hissələrdə, Ağdam rayonunda yerləşən hərbi hissədə oldu, Tərtər rayonunda, həmin bölgənin gənclərinin, vətəndaşlarının sağlamlığının qorunması xidmət edən Olimpia Kompleksinin açılışında iştirak etdi. İnsanların məşğulluğunu təmin edən yeni iş yerlərinin açılması, Tərtərdə xalçaçılıq müəssisəsinin açılması və digər bu kimi müəssisələrin açılmasına şahid olduq. Bu nə qədər insanın, xüsusilə də, xanımlarımızın iş fəaliyyəti ilə əmin olunması deməkdir və Azərbaycanın milli mənəvi dəyərlərini özündə əks etdirən milli sərvətimiz olan xalçamızın istehsal olunmasına və yayılmasına xidmət edir.

Prezidentin həm regionlara səfəri, həm də ölkədaxili müəssisələrin, sosial obyektlərin açılışında şəxsən özünün iştirak etməsi ölkənin hansı şəraitdə olursa-olsun dinamik inkişafının bundan sonra da artacağı və post-pandemiya dövründə də uyğun olaraq insanlarımızın rifah halının yaxşılaşdırılmasına xidmət edəcək".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə