Böyük Vətən müharibəsi deyilən II Dünya müharibəsindən sonra da soydaşlarımızın soyqırımı davam etdirildi: SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 saylı və 1948-ci il 10 mart tarixli 754 saylı qərarları vasitəsilə Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı həyata keçirildi. Müasir Ermənistan respublikasının əsil yerli əhalisi olan Azərbaycan türklərindən ötrü sürgün yeri Sibir seçilsə də, sonradan M.C.Bağırovun səyi və cəsarəti nəticəsində məcburi köçkünlər Muğan düzündə yerləşdirildi. Bu qorxunc tədbirin tarixi dərindi: Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzur və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-nin ərazisi elan etdilər.
Sonrakı dövrdə bu ərazilərdəki Azərbaycan türklərinin zorla köçürülməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün «Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında» yuxarıdakı qərara əsasən 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə (150 min) deportasiyası baş verdi. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya edilməsi şəxsiyyətə pərəstişin ifşa edilməsindən sonrakı dövrlərdə də siyasi qiymətini almamışdır.1948-1953-cü illərdə 150 minlik əhalinin şəxsi və ümumi mülkiyyəti Ermənistan SSR tərəfindən mənimsənildi. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərlərinin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə biganə mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır.
«Təəssüf ki, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktı ötən 50 il ərzində lazımınca araşdırılmamış, bu hadisələrə hüquqi-siyasi qiymət verilməmişdir» (Heydər Əliyev). Bu barədə ilk dəfə olaraq dövlət səviyyəsində cənab Heydər Əliyev fərmanla siyasi qiymət verdi (Bakı şəhəri, 18 dekabr 1997-ci il).
Fərman xalqımıza qarşı törədilmiş haqsızlıqların və cinayətlərin üstünü açmasında, bunları həm bugünkü, həm də gələcək nəsillərə çatdırmaq zərurətini vurğulamasında ifadə olunan tarixi əhəmiyyəti bu işə bütün cəmiyyətin qoşulmasını şərtləndirir. Hər bir azərbaycanlı tam məsuliyyətlə dərk etməlidir ki, torpaqlarımızın parçalanması, və zəbt olunması, xalqımızın soyqırımına məruz qalması vətəndaşlıq duyğularını gücləndirən, milli məfkurəni ötəri hisslərdən və məqsədlərdən təmizləyən tarixi yaddaşa çevrilməlidir. Bu baxımdan hər kəs yuxarıdakı fərmanın tarixi əhəmiyyətini dərk etməli və orada irəli sürülən vəzifələrin həyata keçirilməsi işinə öz töhfəsini verməyə mühüm vətəndaşlıq borcu kimi yanaşmalıdır. Azərbaycanlıların soyqırımının bütün dəqiqliyi ilə dünya birliyinə çatdırılması onilliklər ərzində uydurulmuş «qondarma məzlum erməni milləti» obrazını pozub dağıtmaq üçün də ən tutarlı vasitədir
Azərbaycan türklərinin Qərbi Azərbaycandan qovulmasının sonrakı mərhələləri məxfi keçirilsə də, 1988-ci ildə son həlledici mərhələsinə çatdı.Deportasiya Stalinin ölümündən sonra dayandırılsa da, 1988-ci ildə ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində yüz minlərlə Azərbaycan türklərinin öz tarixi torpaqlarından qovulması başlandı.1988-1989-cu illər ərzində 250 mindən çox azərbaycanlı Ermənistan SSR-dən deportasiya edildi, onlardan 500 nəfərindən çoxu həmin əsnada qətlə yetirildi. Qaçqınlar fiziki, mənəvi və maddi təqiblərə məruz qaldılar. Tarixi ardıcıllıqla Qərbi Azərbaycan (indiki «Ermənistan») üzrə statistik rəqəmlərə müraciət etsək: indiki Ermənistan ərazisində 1850-ci ildə 76 faiz Azərbaycanlı (Qriboyedov köçürmələrindən sonra), 24 faiz erməni və qeyri-millət, XX əsrin əvvəlində 45 faiz türk, 55 faiz erməni olduğu halda, 1988-ci ildə 92 faiz erməni, 8 faiz Azərbaycan türkü, 1990-ı ildə 99 faiz erməni, 1 faiz qeyri-millət vardı. Ermənilərin sözü ilə deyilsə, «Türksüz Ermənistan» yaradılmışdır.
Artıq 30 ildir ki, Azərbaycan erməni separatçı qüvvələri tərəfindən öz müstəqilliyi və ərazi bütövlüyünün bərpası uğrunda mübarizəyə qoşulmuşdur. Məcburən münaqişəyə cəlb edilən Azərbaycan Respublikasının ərazisinin 20 faizi bu müddət ərzində işğal edilmiş və 1 milyon əhalisi məcburi köçkün və qaçqın vəziyyətinə düşmüş, 20 mindən çox gənc insan həlak olmuşdur. Ermənilər isə öncə bütün dünyaya haray salmışlar ki, Azərbaycan ermənilərə «öz torpaqlarında» - Dağlıq Qarabağda əzab verirlər, onların milli suverenliklərini və müstəqilliklərini qəbul etməyib rədd edirlər. Göründüyü kimi onlar qədim Azərbaycan torpağı olan Dağlıq Qarabağı Ermənistanın bir hissəsi kimi qələmə verirlər. Məqsəd odur ki, dünyada baş vermiş ictimai-siyasi hadisələrdən istifadə edərək dənizdən-dənizə uydurma Böyük Ermənistan düzəltmək, bunun üçün Rus imperiyasının köməyi sayəsində Azərbaycan torpaqlarının - Dağlıq Qarabağın işğalından və Ermənistandan azərbaycanlıların deportasiyasından başladılar. Bu işə keçmiş zamanlarda, o cümlədən I və II Dünya müharibələrinin gedişində və sonrakı illərdə ciddi-cəhdlər göstərmişlər və türk soyqırımları həyata keçirmişlər və nəhayət məqsədlərinə qismən nail olmuşlar. Nəticədə tarixi Azərbaycan torpağı olan İrəvan xanlığının ərazisində Ermənistan Respublikası yaratmışlar.
SSRİ-nin dağılması ərəfəsində və onun yaxın vaxtda dağılmasını qabaqcadan bilən ermənilər yeni tarixi məqamdan istifadə etdilər: Moskvanın razılığı ilə Sumqayıt və Bakıda özləri öz ermənilərinə «erməni talanı və soyqırımı» adı altında sui-qəsdlər təĢkil etdilər. Əllərində «fakt» tutan ermənilər əvvəlcə 250 min azərbaycanlını Qərbi Azərbaycandan («Ermənistan»dan) öz dədə-baba torpaqlarından qovdular və əmlaklarını müsadirə etdilər.Yeri gəlmişkən qeyd etmək lazımdır ki, «Ermənistandan» 1988-ci ildə qovulan əhalinin şəxsi əmlakı 3 milyard ABŞ dolları dəyərində, kolxoz və sovxoz əmlakları isə 17 milyard ABŞ dolları deyərindədir.Həmçinin son 1988-1989-cu illər deportasiyasında 179 sırf azərbaycanlı kəndlərinin ərazisi 10352 kvadratkilometr olmuşdur. Təcavüzkarın kim olduğu erməni təbliğatı nəticəsində uzun müddət dünya ictimaiyyətini çaşdırmışdır. Dağlıq Qarabağın 180 minlik əhalisinin dörddə üçünü təşkil edən ermənilər 1988-ci ilin əvvəllərində Azərbaycandan ayrılmaq tələbi irəli sürərək bəyan etdilər ki, hökumət azlıqda qalan ermənilərin ziyanına siyasət yeridir.Əslində isə belə deyildir. O zaman Azərbaycan nə müstəqil siyasətə malik idi, nə də ermənilərə qarşı pis mövqedə deyildi. Dağlıq Qarabağdakı ermənilərin mədəni, məişət və iqtisadi vəziyyəti ətrafındakı azərbaycanlı əhalinin vəziyyətindən qat-qat artıq olmuşdur.
Nəhayət, 1991-ci ildə Sovet ittifaqının süqutundan sonra Dağlıq Qarabağ konflikti Ermənistan-Azərbaycan müharibəsinə çevrildi.Ermənistan ordusu Azərbaycandakı daxili hakimiyyət mübarizəsindən istifadə edərək Azərbaycanın yüzlərlə kənd və qəsəbələrini zəbt etdilər, azərbaycanlı əhalini qırdılar və evlərindən qovdular. Dağlıq Qarabağ ətrafında geniş bufer zonası yaratdılar. Ermənilərin məkrli siyasətinin aşkarlanması uğrunda mübarizəyə ən əvvəl Heydər Əliyev başladı. Heydər Əliyev Azərbaycanda təkrar hakimiyyətə qayıtdıqdan sonra milli ideologiyanın formalaşması və azərbaycançılıq düşüncəsinin inkişafı üçün bir sıra mühüm fərmanlar imzaladı. Onların içərisində 18 dekabr 1997-ci il tarixli «1948-1953-cü illərdə Azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında» və 26 mart 1998-ci il tarixli «Azərbaycanlıların soyqırımı haqqında» fərmanları xüsusi əhəmiyyət kəsb edir. Çünki uzun illər Azərbaycan xalqına qarşı həyata keçirilən tarixi ədalətsizliklərə ilk dəfə həqiqi qiymət verilirdi, tarixçilərimizə isə bu sahədə tədqiqatlar aparmağa şərait yaradıldı. Arxivlər onların ixtiyarına verildi, əsl həqiqətlər üzə çıxmağa başladı.
Lissabon sammitinə qədər erməni təbliğatı bütün dünyaya bəyan etmişdir ki, guya Azərbaycan onun içərisinə doğru uzanan Ermənistanın Arsak bölgəsini işğal etmişdir. Bu baxımdan «erməni hipnozu»na qarşı Prezidenti Heydər Əliyev əlində sadə bir coğrafi xəritə dünyanın məşhur dövlət xadimlərinə sadə şəkildə izah etdi ki, keçmiş Dağlıq Qarabağ vilayətinin nə hərbi potensialı, nə iqtisadi potensialı, nə də əhali potensialı imkan vermir ki, bütöv bir dövlətlə müharibə aparsın və onun ərazisinin 20 faizini işğal etsin. Azərbaycana qarşı müharibəni Ermənistan ordusu və beynəlxalq muzdurlar aparır.
Heydər Əliyevin uğurlu xarici siyasətinin nəticəsi olaraq ABŞ başda olmaqla əksər Qərb ölkələri respublikamıza marağı daha da artırdılar. Birləşmiş Ştatlar tərəfindən haqsız olaraq Azərbaycana qarşı 907-ci düzəlişin ləğvi istiqamətində başlanan fəaliyyət də bu maraqdan irəli gəlirdi. Əminik ki, Azərbaycan dövlətinin sülh siyasəti sayəsində torpaqlarımız qaytarılacaq, həmin torpaqlardan qaçqın düşən soydaşlarımız dədə-baba torpaqlarına qayıdacaqlar. Azərbaycan xalqının rast gəldiyi bu bəla illərdir ki, davam edir: erməni terrorunun əziyyətini çəkir, onun girdabında çırpınır, qurbanlar verir. Dünya ermənilərinin və bir çox terrorçu təşkilat və dövlətlərinin maliyyələşdirdikləri «Daşnaqsütyun», «ASALA», «Hnçak» və dəhşətli əməllərə malik olan digər erməni terrorçu təşkilatları iki əsrdir ki, türklərə və müsəlmanlara qarşı dəhşətli terror aktları həyata keçirirlər. axıb töküləndə və mən o qanı tapdalayanda rahat olacağam». Bu sözlər ermənilərin əbədi amalı, qantökmə hərisliyi, çirkin ehtirasıdır.
Rus imperatoru I Pyotrun çarlığı dövründə daha geniş vüsət aldı ki, sonrakı rus çarları da bu kursu davam etdirdilər. I Pyotr Cənuba göndərdiyi agentlərinə tapşırırdı ki, orada Rusiyanın arxalana biləcəyi qüvvə və ya toplumu müəyyən etsinlər. Elə o vaxtlar aşkar edilmişdir ki, satqınlıq və xəyanət etmək xüsusiyyətləri ermənilərə xasdır.
Erməni şovinizmi müasir dövrdə bütün dünya siyasətinə sirayət edir, imkan tapdığı dövrlərdə təxribatçılıq, terrorçuluq, böhtançılıq fəaliyyətini əldən qoymur. Onun əsas təzahür formalarından biri də ondan ibarətdir ki, yaşadıqları dövlətlərin siyasi, iqtisadi, ideoloji durumuna zərbə endirmək, onlardan öz maraqları üçün istifadə etmək. Son iki əsr Azərbaycan türklərinin həyatında ən ağır və dözülməz işgəncələr, qırğınlar və deportasiyalarla yadda qalmışdır. Bu da təsadüfi deyildir.1801-ci ildə rus qoşunlarının Lori-Pəmbək bölgəsində İrəvan xanlığının ərazisinə daxil olması anından soydaşlarımız qaçqınlıq faciəsini yaşamağa məcbur olmuşlar. Məhz həmin vaxtdan etibarən indi Ermənistan adlanan Qərbi Azərbaycan torpaqlarından soydaşlarımız planlı şəkildə, mərhələ-mərhələ deportasiya edilmiş, soyqırımlara və kütləvi repressiyalara məruz qalmışlar.
Vahid Ömərov
Fəlsəfə üzrə fəlsəfə doktoru,dosent
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB