“Türksüz Ermənistan”

Azərbaycan türklərinin Qərbi Azərbaycandan qovulmasının sonrakı mərhələləri məxfi keçirilsə də, 1988-ci ildə son həlledici mərhələsinə çatdı. Deportasiya Stalinin ölümündən sonra dayandırılsa da, 1988-ci ildə ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində yüz minlərlə Azərbaycan türklərinin öz tarixi torpaqlarından qovulması başlandı. 1988-1989-cu illər ərzində 250 mindən çox azərbaycanlı Ermənistan SSR-dən deportasiya edildi, onlardan 500 nəfərindən çoxu həmin əsnada qətlə yetirildi. Qaçqınlar fiziki, mənəvi və maddi təqiblərə məruz qaldılar.

Tarixi ardıcıllıqla Qərbi Azərbaycan (indiki «Ermənistan») üzrə statistik rəqəmlərə müraciət etsək: indiki Ermənistan ərazisində 1850-ci ildə 76 faiz Azərbaycanlı (Qriboyedov köçürmələrindən sonra), 24 faiz erməni və qeyri-millət, XX əsrin əvvəlində 45 faiz türk, 55 faiz erməni olduğu halda, 1988-ci ildə 92 faiz erməni, 8 faiz Azərbaycan türkü, 1990-ı ildə 99 faiz erməni, 1 faiz qeyri-millət vardı. Ermənilərin sözü ilə deyilsə, «Türksüz Ermənistan» yaradılmışdır.

Artıq 20 ildir ki, Azərbaycan erməni separatçı qüvvələri tərəfindən öz müstəqilliyi və ərazi bütövlüyünün bərpası uğrunda mübarizəyə qoşulmuşdur. Məcburən münaqişəyə cəlb edilən Azərbaycan Respublikasının ərazisinin 20 faizi bu müddət ərzində işğal edilmiş və 1 milyon əhalisi məcburi köçkün və qaçqın vəziyyətinə düşmüş, 20 mindən çox gənc insan həlak olmuşdur. Ermənilər isə öncə bütün dünyaya haray salmışlar ki, Azərbaycan ermənilərə «öz torpaqlarında» - Dağlıq Qarabağda əzab verirlər, onların milli suverenliklərini və müstəqilliklərini qəbul etməyib rədd edirlər. Göründüyü kimi onlar qədim Azərbaycan torpağı olan Dağlıq Qarabağı Ermənistanın bir hissəsi kimi qələmə verirlər. Məqsəd odur ki, dünyada baş vermiş ictimai-siyasi hadisələrdən istifadə edərək dənizdən-dənizə uydurma Böyük Ermənistan düzəltmək, bunun üçün Rus imperiyasının köməyi sayəsində Azərbaycan torpaqlarının - Dağlıq Qarabağın işğalından və Ermənistandan azərbaycanlıların deportasiyasından başladılar. Bu işə keçmiş zamanlarda, o cümlədən I və II Dünya müharibələrinin gedişində və sonrakı illərdə ciddi-cəhdlər göstərmişlər və türk soyqırımları həyata keçirmişlər və nəhayət məqsədlərinə qismən nail olmuşlar.Nəticədə tarixi Azərbaycan torpağı olan İrəvan xanlığının ərazisində Ermənistan Respublikası yaratmışlar.

SSRİ-nin dağılması ərəfəsində və onun yaxın vaxtda dağılmasını qabaqcadan bilən ermənilər yeni tarixi məqamdan istifadə etdilər: Moskvanın razılığı ilə Sumqayıt və Bakıda özləri öz ermənilərinə «erməni talanı və soyqırımı» adı altında sui-qəsdlər təĢkil etdilər. Əllərində «fakt» tutan ermənilər əvvəlcə 250 min azərbaycanlını Qərbi Azərbaycandan («Ermənistan»dan) öz dədə-baba torpaqlarından qovdular və əmlaklarını müsadirə etdilər.Yeri gəlmişkən qeyd etmək lazımdır ki, «Ermənistandan» 1988-ci ildə qovulan əhalinin şəxsi əmlakı 3 milyard ABŞ dolları dəyərində, kolxoz və sovxoz əmlakları isə 17 milyard ABŞ dolları deyərindədir.Həmçinin son 1988-1989-cu illər deportasiyasında 179 sırf azərbaycanlı kəndlərinin ərazisi 10352 kvadratkilometr olmuşdur. Təcavüzkarın kim olduğu erməni təbliğatı nəticəsində uzun müddət dünya ictimaiyyətini çaşdırmışdır. Dağlıq Qarabağın 180 minlik əhalisinin dörddə üçünü təşkil edən ermənilər 1988-ci ilin əvvəllərində Azərbaycandan ayrılmaq tələbi irəli sürərək bəyan etdilər ki, hökumət azlıqda qalan ermənilərin ziyanına siyasət yeridir.Əslində isə belə deyildir. O zaman Azərbaycan nə müstəqil siyasətə malik idi, nə də ermənilərə qarşı pis mövqedə deyildi. Dağlıq Qarabağdakı ermənilərin mədəni, məişət və iqtisadi vəziyyəti ətrafındakı azərbaycanlı əhalinin vəziyyətindən qat-qat artıq olmuşdur.Nəhayət, 1991-ci ildə Sovet ittifaqının süqutundan sonra Dağlıq Qarabağ konflikti Ermənistan-Azərbaycan müharibəsinə çevrildi. Ermənistan ordusu Azərbaycandakı daxili hakimiyyət mübarizəsindən istifadə edərək Azərbaycanın yüzlərlə kənd və qəsəbələrini zəbt etdilər, azərbaycanlı əhalini qırdılar və evlərindən qovdular. Dağlıq Qarabağ ətrafında geniş bufer zonası yaratdılar.

Ermənilərin məkrli siyasətinin aĢkarlanması uğrunda mübarizəyə ən əvvəl Heydər Əliyev baĢladı.Heydər Əliyev Azərbaycanda təkrar hakimiyyətə qayıtdıqdan sonra milli ideologiyanın formalaşması və azərbaycançılıq düşüncəsinin inkişafı üçün bir sıra mühüm fərmanlar imzaladı. Onların içərisində 18 dekabr 1997-ci il tarixli «1948-1953-cü illərdə Azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında» və 26 mart 1998-ci il tarixli «Azərbaycanlıların soyqırımı haqqında» fərmanları xüsusi əhəmiyyət kəsb edir. Çünki uzun illər Azərbaycan xalqına qarşı həyata keçirilən tarixi ədalətsizliklərə ilk dəfə həqiqi qiymət verilirdi, tarixçilərimizə isə bu sahədə tədqiqatlar aparmağa şərait yaradıldı.Arxivlər onların ixtiyarına verildi, əsl həqiqətlər üzə çıxmağa başladı.

Lissabon sammitinə qədər erməni təbliğatı bütün dünyaya bəyan etmişdir ki, guya Azərbaycan onun içərisinə doğru uzanan Ermənistanın Arsak bölgəsini işğal etmişdir. Bu baxımdan «erməni hipnozu»na qarşı Prezidenti Heydər Əliyev əlində sadə bir coğrafi xəritə dünyanın məşhur dövlət xadimlərinə sadə Ģəkildə izah etdi ki, keçmiş Dağlıq Qarabağ vilayətinin nə hərbi potensialı, nə iqtisadi potensialı, nə də əhali potensialı imkan vermir ki, bütöv bir dövlətlə müharibə aparsın və onun ərazisinin 20 faizini işğal etsin. Azərbaycana qarşı müharibəni Ermənistan ordusu və beynəlxalq muzdurlar aparır.

Heydər Əliyevin uğurlu xarici siyasətinin nəticəsi olaraq ABŞ başda olmaqla əksər Qərb ölkələri respublikamıza marağı daha da artırdılar.Birləşmiş Ştatlar tərəfindən haqsız olaraq Azərbaycana qarşı 907-ci düzəlişin ləğvi istiqamətində başlanan fəaliyyət də bu maraqdan irəli gəlirdi.

Əminik ki, Azərbaycan dövlətinin sülh siyasəti sayəsində torpaqlarımız qaytarılacaq, həmin torpaqlardan qaçqın düşən soydaşlarımız dədə-baba torpaqlarına qayıdacaqlar. Azərbaycan xalqının rast gəldiyi bu bəla illərdir ki, davam edir: erməni terrorunun əziyyətini çəkir, onun girdabında çırpınır, qurbanlar verir. Dünya ermənilərinin və bir çox terrorçu təşkilat və dövlətlərinin maliyyələşdirdikləri «Daşnaqsütyun», «ASALA», «Hnçak» və dəhşətli əməllərə malik olan digər erməni terrorçu təşkilatları iki əsrdir ki, türklərə və müsəlmanlara qarşı dəhşətli terror aktları həyata keçirirlər. Türklərin qanı axıb töküləndə və mən o qanı tapdalayanda rahat olacağam». Bu sözlər ermənilərin əbədi amalı, qantökmə hərisliyi, çirkin ehtirasıdır.

Ermənilərin «azadlıq fədaisi» hesab olunan Nalbandyan erməni gənclərinə vəsiyyətində yazır: «Ey erməni, əgər sən küçədə zəhərli ilan görüb öldürməyibsənsə, eybi yoxdur, ilandır... Lakin türk görüb öldürməyibsənsə, satqınsan, vicdansızsan, xalqının düşmənisən, sən erməni deyilsən...».

Erməni gəncliyinin beyinlərinin zəhərlənməsində, onların amansız terror tədbirlərinə qoşulması işində «tərbiyəvi» əsərlərilə mənfur rol oynayan Silva Kaputikyan: «Erməni uşağının beşikdə qulağına pıçıldamaq lazımdır ki, ey Tiqran, sənin əsas düşmənin türkdür» deyə artıq fikri dumanlanmış «Hayk oğullarına» iblisvari vəsiyyətini təlqin edir. Zori Balayan «Ocaq» əsərində türkləri insan əti yeyən, qaniçən kimi göstərmiş, onları ermənilərin böyük düşməni kimi qələmə vermişdir.Dəhşətlisi isə odur ki, küyə düşmüş erməni xalqı da belə sərsəmlərin felinə uyaraq «Ocaq» əsərini qızlarına cehiz verirlər.

Müasir dövrdə erməni məsələsi bəşər həyatına bir bəla, «başağrısı» kimi daxil olmuşdur. Erməni məsələsi nə deməkdir? Erməni məsələsi soyğunçuluq, qan, nifrət, dəhşət və fəlakətlər mənbəyi mənalarını ifadə edən bir məfhumdur ki, bu xəstə ideya uğrunda çarpışmalardan Yaxın ġərqdə, Anadoluda və Qafqazda insanlar əsrlərlə əziyyət çəkmiş və hələ də yeni-yeni zülmlərə düçar olmaqdadırlar. Beləliklə «Erməni məsələsi»nin əsas komponentləri olaraq bunları götürmək olar: terrorçuluq, soyqırım və deportasiya, qonşu xalqların mədəniyyət və nailiyyətlərini özününküləşdirmək, qonşuların torpaqlarını zəbt edib əhalisini isə qırğına məruz qoymaq, paxıllıq və məkrlilik, bu mənada ictimaiyyətdə hipnozçuluq və saxtakarlıq, yalançılıq, talançılıq, qərəzçilik və oğurluq, eqoizm kimi bəd hərəkət və əməllər. Erməni qatı millətçiliyi və şovinizminin tarixi Urartu dövlətinin dağılmasından başlasa da onun çiçəklənən dövrü Romanov sülaləsinin Rusiyada hakimiyyətə gəlməsindən başlayır.

Bu, rus imperatoru I Pyotrun çarlığı dövründə daha geniş vüsət aldı ki, sonrakı rus çarları da bu kursu davam etdirdilər. I Pyotr Cənuba göndərdiyi agentlərinə tapşırırdı ki, orada Rusiyanın arxalana biləcəyi qüvvə və ya toplumu müəyyən etsinlər. Elə o vaxtlar aşkar edilmişdir ki, satqınlıq və xəyanət etmək xüsusiyyətləri ermənilərə xasdır.1 Erməni Ģovinizmi müasir dövrdə bütün dünya siyasətinə sirayət edir, imkan tapdığı dövrlərdə təxribatçılıq, terrorçuluq, böhtançılıq fəaliyyətini əldən qoymur.Onun əsas təzahür formalarından biri də ondan ibarətdir ki, yaĢadıqları dövlətlərin siyasi, iqtisadi, ideoloji durumuna zərbə endirmək, onlardan öz maraqları üçün istifadə etmək.

Son iki əsr Azərbaycan türklərinin həyatında ən ağır və dözülməz işgəncələr, qırğınlar və deportasiyalarla yadda qalmışdır. Bu da təsadüfi deyildir.1801-ci ildə rus qoşunlarının Lori-Pəmbək bölgəsində İrəvan xanlığının ərazisinə daxil olması anından soydaşlarımız qaçqınlıq faciəsini yaşamağa məcbur olmuşlar. Məhz həmin vaxtdan etibarən indi Ermənistan adlanan Qərbi Azərbaycan torpaqlarından soydaşlarımız planlı şəkildə, mərhələ-mərhələ deportasiya edilmiş, soyqırımlara və kütləvi repressiyalara məruz qalmışlar. Azərbaycan türklərinin tarixi-etnik torpaqlarından didərgin salınması nəticəsində həmin ərazilərdə dünyanın hər bucağından köçürülüb gətirilən ermənilər məskunlaşdırılmışdır. 1828-ci ildə çar Rusiyası və İran arasında imzalanmış Türkmənçay sülhündən sonra Azərbaycan əraziləri kütləvi şəkildə gəlmə ermənilərin «vətəninə» çevrilməyə başladı. İstər aparılan tədqiqlərdən, istərsə də arxiv materiallarından məlum olur ki, 1826-1828-ci il Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrindən sonra Qərbi Azərbaycan ərazisinə köçürülən ermənilərin sayı süni şəkildə yerli türkmüsəlmalı əhalisinin sayına çatdırılmışdı. Təkcə İrəvan şəhərində köçürülmədən sonra 11436 nəfərlik əhalinin 6000-ə yaxınını ermənilər təşkil edirdi. Ümumilikdə isə 1828-1830-cu illərdə Azərbaycan ərazilərinə Türkmənçay müqaviləsinə (1828) əsasən 40.000 İran ermənisi, Ədirnə sülh müqaviləsinə (1829) əsasən isə 84.000 Türkiyə erməniləri köçürülmüş və onların da böyük hissəsi Yelizavetpol və İrəvan quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirilmişdir. Məhz bu dövrdən başlayaraq Azərbaycanın qərb torpaqlarında ermənilərin yerləşdirilməsi yaxın gələcəkdə yerli azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlardan, soyqırımı və deportasiyadan xəbər verirdi.

Bu baxımdan erməni soyqırımı mifinin və erməni terrorunun araşdırılması, eləcədə ifşası artıq dövrün aktual probleminə çevrilmişdir.«Muğanı ələ keçirdikdən sonra orada bir qala tikdirsin, adını «Yekaterina serd» («Yekaterinanın ürəyi») qoysun və orada iki min cavan rus əsgəri məskunlaşdırsın.Həmin əsgərləri erməni və gürcü qızları ilə evləndirsin, onları xüsusi torpaq sahəsi və silahla təmin etsin. Türk soyqırımları düşünülmüş və planlaşdırılmış şəkildə, tarixi məqamlardan və baş vermiş şəraitdən asılı olaraq mərhələlərlə həyata keçirilmişdir. Belə ki, Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri Azərbaycan xalqının parçalanmasının, onun tarixi torpaqlarının bölünməsinin əsasını qoydu

Vahid Ömərov
Fəlsəfə üzrə fəlsəfə doktoru,dosent

Bütün xəbərlər Facebook səhifəmizdə