"Böyük Ermənistan" ideyaları

"Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı.Bu uydurma xəyali dövlətin Azərbaycan torpaqlarında yaradılmasına "bəraət qazandırmaq" məqsədilə erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı.Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edir. I Dünya müharibəsi nəticəsində Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz başabəla iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular.

1918-ci ilin mart ayından etibarən "əksinqilabçı ünsürlərlə mübarizə" şüarı altında qatı daşnaq olan Stepan Şaumyanın rəhbərliyi ilə Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başladı. Bu plan bütün Qafqaz ölkələrində həyata keçirilməli idi.Daşnaq liderləri və hərb xadimləri (Şaumyan, Andronik, Dro, Nazaryan və s.) bir-birləri ilə əlaqə saxlayaraq türklərin və onların yaşayış məntəqələrinin məhvi haqqında məlumatlar verirdilər. Hətta S.Şaumyan 1918-ci il iyulun əvvəllərində Andronikin Zəngəzur və Naxçıvanda yerli əhaliyə qarşı törətdiyi vəhşiliklərə bəraət qazandırıb onu bir milli qəhrəman kimi təbrik etmişdir.

Bu dövrdə 10 minlərlə Azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Yeri gelmişkən qeyd etmək lazımdır ki, məşhur alman tədqiqatçısı Erix Fayql "Terror haqqında həqiqət. Erməni terrorizmi – mənbə və səbəbləri" kitabında qeyd edir ki, "Şaumyan 1918-ci ildə Bakıda erməni kommunistlərinin rəhbəri olmuş, orada bolşevik dövləti qurmuş, onun hökm ölçüsü azərbaycanlıları öldürmək və qovmaq olmuşdur. Onun məqsədi Bakını nəyin bahasına olursa olsun erməniləşdirmək idi".

Azərbaycan türklərinin məruz qaldığı bu soyqırımı dünya ictimaiyyətinə çatdırılmamış və öz vaxtında siyasi qiymətini almamışdır. Əksinə, saxta xülya olan beynəlmiləlçilik və xalqlar dostluğunun möhkəmləndirilməsi naminə ört-basdır edilmiş, beləliklə, Azərbaycan xalqının yaddaşından silinərək unutdurulmuşdur. Odur ki, bu gün artıq dünyanın bir çox ölkələrində "erməni soyqırımı" tarixi hadisə kimi qəbul olunmuşdur. Azərbaycan türklərinə qarşı soyqırımının silsilə ssenarisi sovet dövründə daha məqsədyönlü şəkildə həyata keçirildi. Bu soyqırımı 19 (Azərbaycanın ikinci dəfə işğalından - 1920-ci il 28 apreldən sonra) başladı. Bu hal aşağıdakı faktlarla sübut oluna bilər. Mərkəzi bolşevik hökumətinin nümayəndəsi N.Y.Solovyovun may-iyun ayları üçün Leninə hesabatında yazılmışdır: "Ermənistan Respublikası yarananda onun hüdudlarında 250 müsəlman kəndi olmuş, onların hamısı məhv edilmiş, artıq bir müsəlman belə yoxdur".

Ermənistanla sərhəd olan müsəlman kəndlərində azərbaycanlıların silahlarının əlindən alınmasını, ermənilərin Qırmızı Ordu və dəmiryol mühafizəsi tərkibinə qəbul olunmasını Solovyov, təbii olaraq müsəlmanların ermənilər tərəfindən qırğın edilə bilinəcəyi kimi nəticələndirirdi. Çiçerin Ermənistanın xarici işlər naziri Ohancanyana 19 iyul 1918-ci il teleqramında erməni xalqına sədaqətini, qüvvəsi daxilində köməyini vəd edəndə, həmin gün Kominternin II Konqresində müsəlman kəndlərinin erməni hökuməti tərəfindən qılıncdan keçirildiyi bəyan edilirdi. RSFSR-in Ermənistandakı nümayəndəsi Zeqranın «kombinasiyasına» razılıq verən Çiçerin, həmçinin Nərimanovun təkidinə uyğun göstərişlər verdiyini vurğulayırdı. Tərəflər arasında Çiçerinin diplomatik «məharətindən» Orcenikidze də yararlanmışdı. «Ermənistan məlum siyasi şəraitdə bizə lazım ola bilər» -demişdi.

Keçən XX əsrin 30-cu illərindən Qafqaz ölkələrindən on minlərlə azərbaycanlı ailələri soyuq Sibirə və Orta Asiyanın susuz çöllərinə sürgün edilmiş, minlərlə ailə başçıları "xalq düşməni" damğası adı altında həbs edilib, ya güllələnmiş, ya da sürgün edilmiş, yüz minlərlə uşaqlar yetim qalmışdır. Azərbaycan Respublikasının sabiq prezidenti Heydər Əliyev Azərbaycanın müstəqilliyi - Respublika günü münasibəti ilə söylədiyi nitqində tariximizin bu dövrünə qiymət verərək demişdir: "20-30-cu illərdə kommunist, bolşevik hakimiyyətinin qurulması, möhkəmlənməsi ilə əlaqədar yüzlərlə, minlərlə, on minlərlə insan ədalətsiz olaraq repressiyalara uğramış, yerindən-yurdundan uzaq ellərə - Orta Asiyaya, Qazaxıstana sürgün edilmiş, öz mülklərindən, varlarından məhrum olmuş, çox əzab-əziyyətlərə məruz qalmışdır».

Həmçinin 2002-ci ilin martında o, 31 mart - soyqırım günü münasibətilə xalqa müraciətində demişdir: "Onilliklər boyu «soyqırımı siyasəti» total ideoloji təcavüz, Türk və Azərbaycan xalqına, onların görkəmli nümayəndələrinə qarşı terrorla müşayiət olunmuşdur. Çar Rusiyası və SSRİ dövründə türk-müsəlman xalqlarına qarşı ayrıseçkilik şəraitində bu siyasət daha incə və təhlükəli metodlarla davam etdirilmiş, azərbaycanlıların deportasiyası və soyqırımı kütləvi hal almışdır». «1937-1938-ci illər repressiyaları Azərbaycan xalqına, onun mədəniyyətinə, mənəviyyatına böyük zərbə vurmuşdur».

Qeyd edilən dəhşət Azərbaycan SSR-də daha müsibətli olmuşdur. Mənbələrin birində deyilir: «Stalinin hakimiyyəti dövründə onun və Beriyanın hökmü ilə 29 min Azərbaycan ziyalısı məhv edilmişdir.

Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması erməniproqramlarının mühüm tərkib hissəsini təşkil edir. I Dünya müharibəsi nəticəsində Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz başabəla iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən «əksinqilabçı ünsürlərlə mübarizə» şüarı altında qatı daşnaq olan Stepan Şaumyanın rəhbərliyi ilə Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başladı. Bu plan bütün Qafqaz ölkələrində həyata keçirilməli idi.

Daşnaq liderləri və hərb xadimləri (Şaumyan, Andronik, Dro, Nazaryan və s.) bir-birləri ilə əlaqə saxlayaraq türklərin və onların yaşayış məntəqələrinin məhvi haqqında məlumatlar verirdilər. Hətta S.Şaumyan 1918-ci il iyulun əvvəllərində Andronikin Zəngəzur və Naxçıvanda yerli əhaliyə qarşı törətdiyi vəhşiliklərə bəraət qazandırıb onu bir milli qəhrəman kimi təbrik etmişdir.

Bu dövrdə 10 minlərlə Azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Yeri gelmişkən qeyd etmək lazımdır ki, məşhur alman tədqiqatçısı Erix Fayql «Terror haqqında həqiqət. Erməni terrorizmi – mənbə və səbəbləri» kitabında qeyd edir ki, «Şaumyan 1918-ci ildə Bakıda erməni kommunistlərinin rəhbəri olmuş, orada bolşevik dövləti qurmuş, onun hökm ölçüsü azərbaycanlıları öldürmək və qovmaq olmuşdur. Onun məqsədi Bakını nəyin bahasına olursa olsun erməniləşdirmək idi».

Azərbaycan türklərinin məruz qaldığı bu soyqırımı dünya ictimaiyyətinə çatdırılmamış və öz vaxtında siyasi qiymətini almamışdır. Əksinə, saxta xülya olan beynəlmiləlçilik və xalqlar dostluğunun möhkəmləndirilməsi naminə ört-basdır edilmiş, beləliklə Azərbaycan xalqının yaddaşından silinərək unutdurulmuşdur.

Odur ki, bu gün artıq dünyanın bir çox ölkələrində «erməni soyqırımı» tarixi hadisə kimi qəbul olunmuşdur. Azərbaycan türklərinə qarşı soyqırımının silsilə ssenarisi sovet dövründə daha məqsədyönlü şəkildə həyata keçirildi. Bu soyqırımı çox əzab-əziyyətlərə məruz qalmışdır». Həmçinin 2002-ci ilin martında o, 31 mart - soyqırım günü münasibətilə xalqa müraciətində demişdir: «Onilliklər boyu «soyqırımı siyasəti» total ideoloji təcavüz, Türk və Azərbaycan xalqına, onların görkəmli nümayəndələrinə qarşı terrorla müşayiət olunmuşdur. Çar Rusiyası və SSRİ dövründə türk-müsəlman xalqlarına qarşı ayrıseçkilik şəraitində bu siyasət daha incə və təhlükəli metodlarla davam etdirilmiş, azərbaycanlıların deportasiyası və soyqırımı kütləvi hal almışdır».

«1937-1938-ci illər repressiyaları Azərbaycan xalqına, onun mədəniyyətinə, mənəviyyatına böyük zərbə vurmuşdur».

Qeyd edilən dəhşət Azərbaycan SSR-də daha müsibətli olmuşdur. Mənbələrin birində deyilir: «Stalinin hakimiyyəti dövründə onun və Beriyanın hökmü ilə 29 min Azərbaycan ziyalısı məhv edilmişdir.

Böyük Vətən müharibəsi deyilən II Dünya müharibəsindən sonra da soydaşlarımızın soyqırımı davam etdirildi: SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 saylı və 1948-ci il 10 mart tarixli 754 saylı qərarları vasitəsilə Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı həyata keçirildi. Müasir Ermənistan respublikasının əsil yerli əhalisi olan Azərbaycan türklərindən ötrü sürgün yeri Sibir seçilsə də, sonradan M.C.Bağırovun səyi və cəsarəti nəticəsində məcburi köçkünlər Muğan düzündə yerləşdirildi. Bu qorxunc tədbirin tarixi dərindi: Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzur və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-nin ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki Azərbaycan türklərinin zorla köçürülməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün «Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında» yuxarıdakı qərara əsasən 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə (150 min) deportasiyası baş verdi. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya edilməsi şəxsiyyətə pərəstişin ifşa edilməsindən sonrakı dövrlərdə də siyasi qiymətini almamışdır.1948-1953-cü illərdə 150 minlik əhalinin şəxsi və ümumi mülkiyyəti Ermənistan SSR tərəfindən mənimsənildi. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərlərinin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə biganə mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır. «Təəssüf ki, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktı ötən 50 il ərzində lazımınca araşdırılmamış, bu hadisələrə hüquqi-siyasi qiymət verilməmiĢdir» (Heydər Əliyev).

Bu barədə ilk dəfə olaraq dövlət səviyyəsində cənab Heydər Əliyev fərmanla siyasi qiymət verdi (Bakı şəhəri, 18 dekabr 1997-ci il). Fərman xalqımıza qarşı törədilmiş haqsızlıqların və cinayətlərin üstünü açmasında, bunları həm bugünkü, həm də gələcək nəsillərə çatdırmaq zərurətini vurğulamasında ifadə olunan tarixi əhəmiyyəti bu işə bütün cəmiyyətin qoşulmasını şərtləndirir.Hər bir azərbaycanlı tam məsuliyyətlə dərk etməlidir ki, torpaqlarımızın parçalanması, və zəbt olunması, xalqımızın soyqırımına məruz qalması vətəndaşlıq duyğularını gücləndirən, milli məfkurəni ötəri hisslərdən və məqsədlərdən təmizləyən tarixi yaddaşa çevrilməlidir. Bu baxımdan hər kəs yuxarıdakı fərmanın tarixi əhəmiyyətini dərk etməli və orada irəli sürülən vəzifələrin həyata keçirilməsi işinə öz töhfəsini verməyə mühüm vətəndaşlıq borcu kimi yanaşmalıdır. Azərbaycanlıların soyqırımının bütün dəqiqliyi ilə dünya birliyinə çatdırılması onilliklər ərzində uydurulmuş «qondarma məzlum erməni milləti» obrazını pozub dağıtmaq üçün də ən tutarlı vasitədir. Kremlin diqtəsi və N.Nərimanovun bəyanatı-«Respublika», 10.04.1999 6 «Azərbaycan»-31.VII. 1999, -«Vətən sağ olsun».

Vahid Ömərov
Fəlsəfə üzrə fəlsəfə doktoru,dosent

Bütün xəbərlər Facebook səhifəmizdə