Koronavirusa yoluxmada daha həssas olan qan qrupu hansıdır? TƏDQİQAT NƏTİCƏLƏRİ

Alimlər təxminən iki min koronavirus daşıyıcısının genetik məlumatlarının təhlil etdikdən sonra II qan qrupu daşıyıcılarının yeni növ koronavirusa daha həssas olduqlarını müəyyən ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, tədqiqatın ilkin nəticələri medRxiv elektron elmi kitabxanasında dərc olunub.

Məlumata görə, alimlər artıq qan qrupunun da koronavirusa yoluxma ehtimalına təsir edə biləcəyinə dair sübutlar tapıblar. Aparılan tədqiqat bir daha təsdiq edir ki, I qan qrupu ilə müqayisədə II qan qrupöu daşıyıcılarının COVİD-19 virusuna yoluxma riski daha yüksəkdir. Alimlərin fikrincə, bu, qanda olan mutasiyaların laxtalanmanı artırması ilə bağlıdır.

Hələ cari ilin mart ayının ortlarında Çindən olan mütəxəssislər də yeni növ koronavirusa yoluxmanın təkcə yaş, xroniki xəstəliklər deyil, həm də qan qrupundan da asılı olduğunu açıqlamışdılar. Onlar tərəfindən aparılan müşahidələrdə də COVİD-19 daşıyıcısı olan xəstələrinin əskəriyyətinin II qan qrupuna aid olduğu sübut edilmişdi. Belə ki, Çində I qan qrupuna aid olan şəxslərin 30 faiz daha az, II qrupuna aid olanların isə 20 faiz daha çox koronavirus xəstəliyinə yoluxduğu qeydə alınıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə