"Maskaların stabil qiyməti 30 qəpikdir. İdxal olunan maskaların qiyməti fərqlidir. Təlabat artdığına görə ixrac edən müəssisələr də qiyməti artırır. Buna görə 30 qəpikdən artıq olan fərqi dövlət ödəyir". məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

İ.Məmmədov xüsusi olaraq qeyd edib ki, maska qıtlığı yarana bilməz: "Maska ehtiyatımız kifayət qədərdir. Möhtəkirlik etməyə çalışan insanları da indidən xəbərdar edirik. Buna cəhdlər edilməməlidir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...