Politoloq: “Ermənilərin xəstə beynləri 1915-ci ildə necə işləyibsə, üstündən 100 il keçməsinə baxmayaraq indi də eyni qaydada işləyir” - DEBAT (SƏS TV)
- Qarsda "türk erməni" dostluğunu ifadə edən abidənin sökülməsinə bəzi dövlətlərin, xüsusilə də Avropa İttifaqının etiraz bəyanatı qəbul etməsi təəccüb doğurmur ki?
Cümşüd Nuriyev: - Əvvəla, Avropa dövlətləri özlərinin Şimali Afrikada törətdikləri soyqırımı ilə bağlı ən azı utansınlar və bu abidələrin orada qoyulmaması üçün bu günə qədər də hər cür canfəşanlıq göstərirlər. Fransa Əlcəzairdə 800 min, Liviyada 300 min, Misirdə 200 min adam öldürüb. O cümlədən İtaliya 1911-ci ildə bir milyona yaxın ərəbi öldürüb. Ona görə də Avropa İttifaqının məsələyə bu tərzdə yanaşması bizi o qədər də həyacanlandırmamalı, narahat etməməlidir. Ona görə ki, Avropada açıq xristian həmrəyliyi var və bütün Avropa Türkiyəni bir növ o cəmiyyətə ona görə qəbul etmək istəmir ki, Türkiyə hazırda dünyada həm iqtisadi, həm də hərbi gücünə görə bütün Avropa dövlətlərini üstələyir. Məsələn, dünyanın tikinti sahəsinin 6, tekstil sənayesinin 6, turizmin 25 faizə qədəri Türkiyəyə məxsusdur. Ona görə də Türkiyə bir sıra Avropa ölkələrini narahat etməyə bilməz. Avropa İttifaqının Qarsdakı məsələ ilə bağlı bəyanatında qeyri-adi heç nə görmürəm. Məhz elə həmin abidənin erməniləri təmsil edən hissəsinin, daşın kəsildiyi gün ASALA-nın bəyanat verməsi də təsadüfi deyil. ASALA yenidən terrora qayıtmaq haqqında bir daha bəyanat verdi. Bunların hamısı Avropanın Türkiyəyə olan təhdidləridir. Çünki Türkiyə müsəlman dünyasının liderinə çevrilib. Liviya hadisələri göstərdi ki, bütün Avropa tək Türkiyəni bu məsələdə məğlub edə bilmədi. Bu günə qədər ərəb dünyasında bir Türkiyə sevgisi var və Avropa türk sevdasından qorxur. Ona görə də Qarsda olan hadisələr, Avropa İttifaqının necə qiymət verməsindən asılı olmayaraq, Türkiyə dövlətinin Azərbaycan xalqının sosial sifarişinə verdiyi önəmdir. Biz heç zaman unutmamalıyıq ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub. Təbii ki Azərbaycan da öz iqtisadi, siyasi, hətta lazım gəldikdə hərbi maraqlarını Türkiyənin ümumi maraqlarına qurban vermək sahəsində addımlar atıb. Yəni hər şey qarşılıqlıdır. Bütün bunlara görə də bizə qarşı olan bu hücumları çox sakit qəbul etməliyik.
İsmayıl Ağayev: - Mən hesab edirəm ki ümumiyyətlə, bu bəyanatın verilməsi elə ciddi bir narahatçılıq doğurmamalıdır. Türkiyə dövləti hüquqi və güclü dövlətdir. Biz Diaspor Mərkəzi olaraq son illər yalançı "erməni qoyqırımı" iddiaları ilə bağlı tədbirlər həyata keçiririk. Son proseslər onun göstərdi ki, son 50 ildə ermənilərə bir zərbə vuruldu və artıq onların nazı ilə oynamaq prosesi qurtardı. Dəfələrlə ermənilərə dostluq, qardaşlıq əli uzadılmasına baxmayaraq onlar bunu düzgün qiymətləndirə bilmədilər. Bu yaxınlara qədər erməni millət vəkilləri və dövlət nümayəndələri Qarsı, Urfanı Ermənistanın paytaxtı elan etmək istəyirdilər. Türkiyə onlara düzgün şərait yaradılmasını istəyir, lakin ermənilər torpaq iddiasındadırlar. Ermənilərin xəstə beynləri 1915-ci ildə necə işləyibsə üstündən 100 il keçməsinə baxmayaraq indidə eyni qaydada işləyir. Onlar indi də qonşunun torpağını işğal etmək, qonşu ərazilərinə göz dikmək, mallarına qıymaq kimi fikirlərdə qalıblar. O nöqteyi nəzərdən düşünürəm ki, Avropa öz işi ilə məşğul olmalıdır. Bu Türkiyənin daxili işidir və əcaib bir heykəlin uçurulması ilə bağlı qərar qəbul edib. Biz də Diaspor Mərkəzi olaraq abidənin söküntüsü ilə bağlı tədbirimizi qurmuş, Azərbaycan bayrağını orada dalğalandırmışdıq. Ermənilər necə ki, Türkiyənin ərazi bütövlüyünü tanımır, torpaq iddiası aparır, Ağrı dağını öz simvolları hesab edirlərsə, düşünürəm ki, bu cür tədbirlər davamlı olmalıdır.
- Xocalıda, Şuşada, Laçında və digər işğal olunan ərazilərdə ermənilər tərəfindən kütləvi şəkildə azərbaycanlıların qətlə yetirilməsinə niyə Avropa İttifaqı sərt münasibət bildirmədi, işğal faktına ikili standartlardan yanaşdılar?
Cümşüd Nuriyev: - Avropa dövlətləri öncə soyqırımı ilə məşğuldurlar. Onların başında İngiltərə dayanır. Son zamanlar yenə də Azərbaycana qarşı aparılan siyasətdə İngiltərənin ikili standartı gündəmə gəlir. Azərbaycan iqtidarından xəbərsiz Azərbaycan daxilində olan və bu millətin sevmədiyi insanların toplanmasına şərait yaratmaq, Azərbaycan hökumətinin əleyhinə yönələn qruplarla əlaqəyə girmək, hətta vəziyyət o dərəcəyə gəlib çatıb ki, AXCP müavini xaricdə lobbiçilik fəaliyyətinin olmamasını pullarının tükənməsi ilə əlaqələndirir. Hansı dövlətdə lobbiçilik fəaliyyəti iqtidarı yıxmağa yönəlib? Dünyanın heç bir ölkəsində belə bir addım atılmayıb. Bunu dəstəkləyən dövlətlər də məhz həmin Qərb dövlətləridir və tam məsuliyyətimlə qeyd edə bilərəm ki, onların başında da ABŞ durur.
ABŞ-ın bütün tarixi mənbələrində göstərilir ki, 1861-65-ci illərdə onlar Şimal Cənub müharibəsi zamanı 600 minə qədər yerli əhalini qırıblar. Daha doğrusu onlar hindular kimi qeydiyyata düşüblər, lakin onlar yerli aborogenləri qırmaqla məşğul olublar. Əgər demokratiyanın təcəssümü budursa, Azərbaycana belə bir demokratiya lazım deyil. O ki qaldı Qərb dövlətlərinə biz söz demək istərdim ki, heç olmasa BMT-nin 2010-cu ilin yekunları ilə bağlı sənədlərinə baxsınlar. Azərbaycanı bəzi məsələlərdə, daha doğrusu insan hüquqlarında pozulmasında ittiham edən dövlətlərə məhz BMT-nin hazırladığı bir sənədi açıqlamaq istərdim. Bu sənəd artıq bütün Avropa dövlətlərinə də məlumdur. Dünyada insan inkişaf indeksi deyilən bir indeks var, onu amerikalılar gündəmə gətiriblər. 1992-ci ildə Amerika alimi hətta buna görə Nobel mükafatı da alıb. İnsan inkişafı indeksi Azərbaycan son on beş ildə dünyanın 169 ölkəsi arasında 105-ci yerdən 67-ci yerə gəlib. Azərbaycanda son 15 ildə insan ömrü 5 il artıb. Azərbaycanda ümumi daxili məhsulun adambaşına düşən miqdarına gəldikdə bu sırf iqtisadi məsələdir. Azərbaycan adambaşına düşən ÜDM orta hesabla hər il 2 faiz götürsək son 15 ildə ölkəmizdə 340 faiz irəliləmə var. 5 il ərzində Azərbaycan dövləti orta insan inkişaf səviyyəsindən yüksək insan inkişaf səviyyəsinə keçib. Azərbaycanla bağlı bütün faktorlar həmin hesabatda öz əksini tapıb. Dünyada inkişafın 3 istiqaməti var. Birinci Avropa klassik kapitalizm modeli, ikinci sıçrayışlı Cənubi- şərqi Asiyadır, üçüncu astagəl Rusiya modelidir . Amma Azərbaycana qarşı olan hücumların arxasında başqa bir şey durur. İndiyə qədər bu iqtisadi model nə tətbiq, nə də müəyyən edilib. Bunun arxasında qısqanclıq dayanır. Çox təəssüf ki, Avropa dövlətləri bu günə qədər özlərinin köhnə xəyallarını - "bəlkə də qaytardılar" prinsipi ilə yaşayırlar.
- Necə düşünürsünüz ictimai təşkilatlar, vətəndaş institutları Azərbaycanın haqq işini, ədalətli mövqeyinidünya birliyinə yetərli qədər çatdıra bilirmi?
İsmayıl Ağayev: - Demək olar ki, son dövrlər ictimai təşkilatlar, daha doğrusu Azərbaycan diaspor təşkilatları, türk diaspor təşkilatları ilə birlikdə yalançı erməni soyıqırmı iddiaları ilə birgə mübarizə metodları qurublar və aparırlar. Bu yaxınlarda İran televiziyası Azərbaycanın daxili işlərinə qarışmaqla ölkəmizə xələl gətirmək istəyirdi. Məhz bizim ictimai təşkilatlarımız Türkiyə və Avropanın bir sıra ölkələrində bununla bağlı mübarizə apardılar və sonda müəyyən qədər nəticə əldə etmiş olduq. Bilirik ki, ermənilərin ən böyük dayağı, hər zaman arxasında Rusiya dayanır və orada ermənilərin lobbiçilik siyasəti güclü olub. Hər il 24 aprel tarixində onlar dəridən qabıqdan çıxaraq istər Rusiyada, istər Avropa da, istərsə də ABŞ-da qondarma soyıqırımlarını dilə gətirir, bununla bağlı mitinqlər keçirirlər.
Rusiyanın paytaxtında bu mitinqlərə cəmi 15 nəfər çıxmışdı. Mən güman edirəm ki, son dövrlərdə ölkə başçısının gənclərlə görüşü, iyul ayının 5-də Dünya Azərbaycanlılarının növbəti qurultayının keçirilməsi onu göstərəcək ki, ümumiyyətlə, ictimai təşkilatara önəm vermək lazımdır ki, onlar ölkədən kənarda fəaliyyətlərini qura bilir, ölkə həqiqətlərinin dünyaya yayılması missiyasını öz üzərinə götürüblər. Biz işlərimizi avropa alimləri ilə qurur, bir sıra Avropa ölkələrində tərəfdaşlarımız var. Bu istiqamətdə QHT forumu da mühüm iş görür. Nə qədər ki, Zəngəzur, İrəvan, Dağlıq Qarabağ işğal altındadır hesab etmirəm ki, ölkə diasporasının fəaliyyəti yetərincədir. Mən söyləyirəm ki, bu istiqamətdə ciddi işlər gedir.
- Gürcüstanın Ermənistana hərbi əməkdaşlıq müqaviləsi imzalamağı təklif etməsi Gürcüstan Azərbaycan əlaqələrinə təsir göstərməzmi?
Cümşüd Nuriyev: - Azərbaycanın Gürcüstana bu qədər yaxın olduğu, ona gözəl bir şərait yaratdığı, onu trans dəhlizə çevirdiyi şəraitdə Gürcüstanın müdafiə nazirinin Ermənistana gələrək Ohanyanla belə bir danışığın gündəmə gəlməsinin özü bağışlanmaz bir məsələdir. Həm Azərbaycanın Xarici İşlər Nazirliyi ən azı öz notasını Gürcüstanın Azərbaycandakı səfirliyinə təqdim etməlidir. Bundan sonra Azərbaycanda fəaliyyət göstərən QHT-lər və hay-küy salan partiyalar bəyanat verməlidirlər. Bildiyiniz kimi bizim orada 600 minə yaxın soydaşımız var, biz bu məsələni Borçalının problemlərini daha da artırmağa yönəltməklə yox, əslində orada problemlərin olmadığını gündəmə gətirməklə həll etməliyik.
Əgər bir millətin genetik davranışında insanları aşağılamaq varsa, ondan başqa bir şey gözləmək olmaz. Gürcülər özləri indiki Yunanıstandan köçüb gəliblər. Onlar Borçalının hesabına dövlət olublar. Onların formalaşmasında da Azərbaycan böyük rol oynayıb. Maraqlısı da budur ki, indi onların hakimiyyətində təmsil olunan erməni qanlılar çalışırlar ki, Azərbaycanı bu məsələdən çəkindirsinlər. Bu Rusiyanın tapşırığıdır. Əgər Azərbaycan öz əlini Gürcüstandan çəksə Gürcüstan 3 aydan sonra çökəcək, bu birmənalıdır. Çünki tək Azərbaycanın beynəlxalq transmilli layihələrdən Gürcüstan hər il 2 milyard dollar vəsait götürür. Gürcüstanın bu cür addımına sakit yanaşmaq məndə çox maraq doğurur. Gürcüstan ya həmin müdafiə nazirini işdən azad etməli, ya da Azərbaycan ora yeni sanksiyalar tətbiq etməlidir. Maraqlı oldur ki, Azərbaycanda hər şeyi ölkə başçısından gözləyirlər. Azərbaycan hökuməti nə ilə məşğuldur? Azərbaycanın müdafiə naziri bununla bağlı bəyanat verməlidir. Ən azı biz addım atmalıyıq. Azərbaycan öz sözünü deməlidir. Əslində bu məsələ Azərbaycan mediasının gündəmindən düşməməlidir. Allah bizi erməni tipində olan qonşulardan, o xislətdə olan özümüzünkülərdən qorusun.
İsmayıl Ağayev: - Emənilər yeganə millətdirlər ki, öz dövlətlərindən ötrü öz ailələrini, qızlarını, gəlinlərini hər şeyə qurban verirlər ki, təki onların sözləri kimlərinsə yanında keçərli olsun. Amma biz də qəribə millətik ki, bu qədər ermənilərə yaxşılıq edə-edə axırda bizə xəncər sancdılar. Bütün layihələrimiz Gürcüstanla edirik, axırda gəlib Ermənistanla dostluq edirlər. Mən dəfələrlə müsahibələrimdə qeyd edirəm ki, Azərbaycan artıq güclü bir dövlətdir ölkəmizin müdafiə sənayəsi inkişaf edir. Ermənilər bir gün ayılıb görəcəklər ki, Azərbaycan bayrağı öz torpaqlarındadır. Başqa cür ola bilməz. Çünki biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Artıq Azərbaycanın səbr kasası daşmaq üzrədir. Biz kimdənsə deyil, öz ölkəmizdən dəstək almalıyıq. Bütün diaspor təşkilatları Azəbrycanın arxasındadır. Torpaqlarımızın işğaldan azad edilməsi vaxtıdır. Əks təqdirdə ermənilər öz oyunlarını davam edəcəklər. Gürcüstanın Ermənistana yaxınlaşması məsələ ilə bağlı da addım atılmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB