Həftə sonu bütün sahələr qapadılacaq - OPERATİV QƏRARGAH

"Həftə sonları hərəkətin dayandırılması nəzərdə tutulur. Dünya ölkələrində bununla bağlı müsbət praktika mövcuddur. Eyni zamanda həftə içi iş saatlarının da qısaldılması nəzərdə tutulub. Bu dövlət müəssisələrində tətbiq ediləcək". SİA-nın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

R.Bayramlı bildirib ki, həftə sonu bütün sahələrin tam qapadılması nəzərdə tutulur: "Bura marketlərin də fəaliyyəti daxildir. Apteklərin növbəli rejimi isə müzakirə olunur. Həftə sonları həyati vacib sahələrin fəaliyyəti nəzərdə tutulur. Bu zəruri sahələr sabah açıqlanacaq. Eyni zamanda həftə sonu ictimai nəqliyyatda və fərdi nəqliyyatdan istifadə mümkün olmayacaq".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə