Karantin rejimi yenidən sərtləşdirilir OPERATİV QƏRARGAH

"Koronavirusa yoluxma hallarının həddən artıq artması müşahidə olunur. Artıq xəstəlikdən sağalanlarla yoluxanlar arasında fərq artmaqdadır. Bu yeni siatuasiya yaradıb". SİA-nın verdiyi məlumata görə, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, buna səbəb isə karantin rejiminin qaydalarına vətəndaşlarımızın əməl etməməsidir: "Koronavirusinfo.az saytına qaydaları pozan qapalı müəssisələrdən çəkilən fotoşəkillər daxil olub. Bütün bunlar karantin rejiminin yumşaldılmasının dayandırılması və hətta, müəyyən məhdudiyyətlərin qoyulması müzakirə olunur".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə