Nazirlik rəsmisi: “Peşə təhsil müəssisələri nəinki dövlət, hətta ödənişli əsaslarla oxumaq üçün müraciət edənlərin də sayı artıb”
Hazırda ölkədə 108 peşə təhsili müəssisəsi fəaliyyət göstərir və burada 25 minə yaxın şagird peşə təhsili alır. Bu barədə SİA-ya açıqlamasında Təhsil Nazirliyinin Texniki-peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov məlumat verib. O bidlirib ki, 3-4 il əvvəl peşə təhsili müəssisələrinə şagird cəlb etmək çox çətin idi. Bir neçə il əvvəl bu məktəblərin şagird qəbulu qaydalarına dəyişikliklər edildiyini deyən N.Məmmədov vurğulayıb ki, əvvəllər bu məktəbə hər kəs qəbul ola bilirdisə, indi bəzi təhsil müəssisələrində bir yerə 3-4 nəfər sənəd verir və burada yüksək bilik mübarizəsi gedir. O qeyd edib ki, artıq peşə təhsil müəssisələri nəinki dövlət, hətta ödənişli əsaslarla oxumaq üçün müraciət edənlərin sayı artıb. Onun sözlərinə görə, builki göstəriciləri 2-3 il əvvəlki statistika ilə müqayisə etdikdə görərik ki, artıq peşə təhsili müəssisələrinə hər il əlavə 4000-5000 şagird qəbul olunur.
"Bu gün artıq peşə təhsilini qurtaran özlərinə daha rahat iş tapa bilirlər. Bu sahəni bitirən insanlara iş yerləri daha çox təklif olunur. Bu baxımdan artıq valideynlər öz düşüncələrində dəyişiklik ediblər", - deyə o əlavə edib.
"Bu gün artıq peşə təhsilini qurtaran özlərinə daha rahat iş tapa bilirlər. Bu sahəni bitirən insanlara iş yerləri daha çox təklif olunur. Bu baxımdan artıq valideynlər öz düşüncələrində dəyişiklik ediblər", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB