ÜST COVID-19-la bağlı Çini günahlandırdı ŞOK İDDİA

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyası ilə əlaqədar verdiyi məlumatlara əsasən Çin hökümətinin məlumat verməkdə gecikdiyi iddia edildi. SİA "Associated Press"ə istinadən xəbər verir ki, iddiada Çinin COVID-19-la bağlı məlumatı 2 həftə təxirə saldığı qeyd edilib.

Agentlik, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çinlə əlaqədar hazırladığı gizli hesabatları yayımlayıb. Belə ki, bu sənədlərə əsadən Çin rəhbərliyinin ÜST-ü epidemiya ilə əlaqədar məlumatlandırmaqda gecikdiyi ortaya atılıb.

Məlumatda, Ümumdünya Səhiyyə Təşkilatının Təcili Sağlamlıq Proqramı üzrə mütəxəssisi doktor Maria Van Kerkovun sözlərinə də yer verilib. Belə ki, Kerkov çox az bir məlumatla irəlilədiklərini və bunun vəziyyət üçün uyğun bir plan hazırlamasında yetərli olmadığını bildirib.

ÜST-ün Çin üzrə nümayəndəsi doktor Qauden Qalea isə hesabatında Pekin rəhbərliyinin məlumat axını ilə bağlı şikayətlənib. İddiaya əsasən, Qauden Galea deyib: "Məlumat Çinin Dövlət televiziyasında yayımlanmadan 15 dəqiqə əvvəl bizimlə bölüşülüb".

Qeyd edək ki, ABŞ rəhbərliyi, Çinin virusla bağlı məlumatları gizlətdiyini bildirərək ÜST-lə əlaqələrini dayandıracağını açıqlamışdı.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə