Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına dair yeni maddə (205-1) əlavə edilib.
SİA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə təklif edilən yeni maddəyə (205-1) əsasən, əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına, yəni:
- əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə;
- müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə;
- müəssisənin ləğv edilməsi halları istisna olmaqla, həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi müəyyən edilmiş işçi ilə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə;
- əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqların inkişafı məqsədilə tərtib olunmuş Fərdi Reabilitasiya Proqramının dövlət orqanları və dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən icrasının təmin edilməməsinə;
- işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi müəyyən edilmiş işçilərin, onların arzusu ilə və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş Fərdi Reabilitasiya Proqramını nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmamağa və ya yenilərini təşkil etməməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə tətbiq ediləcək.
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin yaşadığı fərdi evlərin onlar üçün uyğunlaşdırılması ilə bağlı xərclərin təqsirkar hüquqi və fiziki şəxslər, dövlət orqanları tərəfindən ödənilməməsinə görə isə beş yüz manatdan min manatadək məbləğdə cərimə tətbiq olunacaq.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Birlik daralır? – BAXIŞ BUCAĞI
Siyasət 15:49Bədəninə qulaq as
Sosial 15:04"Süni intellekt hiss etmir, sadəcə cavab verir" - TEXNOLOQ DANIŞDI
Texnologiya 14:38Azərbaycan bölgələrində 6 DOST Mərkəzi tikilir
Sosial 14:14Sabah hava yağmursuz olacaq
Sosial 13:18“Vətəndən Vətənə məktublar”
Ədəbiyyat 12:30Kasım-Jomart Tokayev İlham Əliyevi təbrik edib
Siyasət 12:03Taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək
İdman 11:23Milli Məclisin növbəti plenar iclası keçirilir
Siyasət 11:15Könüllü açıqlamanın əhatə müddəti artırılır - Dövlət Vergi Xidməti
İqtisadiyyat 11:13NİİM yük avtomobillərinin sürücülərinə müraciət edib
Sosial 10:45Bakıda 64 yaşlı kişi pilləkəndən yıxılaraq ölüb
Hadisə 10:43Bayram sevinci, cib rahatlığı: bazarlarda ümidverici bayram ab-havası varmı ?
Köşə yazıları 10:24Naxçıvanda bu ilin 11 ayında 67 hərrac keçirilib
İqtisadiyyat 10:07Bakının 3 rayonunda qaz olmayacaq
Sosial 09:57Nyu-York birjasında təbii qaz cüzi bahalaşıb
İqtisadiyyat 09:51Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:49Əmtəə bazarlarında qızılın qiyməti 4 500 dolları ötüb
İqtisadiyyat 09:38Xəzər dənizində zəlzələ baş verib
Hadisə 09:25Bu günün valyuta məzənnələri
İqtisadiyyat 09:16Mərdəkanda işıq olmayacaq
Sosial 09:15Putinin boyu yenə də “böyüdü”..?
Dünya 08:21Bakı gələcəyin ağıllı və inklüziv şəhər modelinə çevrilə bilər
İqtisadiyyat 07:49Dövlət cinayəti olduğunu təsdiqləyən 27 maddə...
Dünya 06:25Tesla Cybertruck ən yüksək təhlükəsizlik reytinqini aldı...
Texnologiya 00:27Alimlər zəkanı nəyin müəyyən etdiyini kəşf ediblər...
Maraqlı 00:23Volkswagen benzinlə işləyən kompakt modellərinin satışına son qoyur...
Texnologiya 22 Dekabr 23:53Minskdə toy bumu yaşanır...
Maraqlı 22 Dekabr 23:45Dermatoloqla illik profilaktik müayinədən keçmək vacibdir...
Səhiyyə 22 Dekabr 23:36Batrutdinov Rusiyanı tərk edən sənətçilər haqqında danışdı...
Şou-Biznes 22 Dekabr 23:25Çin istehsalı olan Jetour T1-lərin ilk partiyası Belarusa çatıb...
Texnologiya 22 Dekabr 23:16Məşhur şəkər əvəzedicisinin gözlənilməz yan təsiri aşkar edilib...
Səhiyyə 22 Dekabr 23:05Vindolandadakı Roma legionerləri hansı parazitlərə yoluxmuşdular..?
Maraqlı 22 Dekabr 22:53Belarus Rusiyadan süd və qaymaq almağa başlayıb...
Dünya 22 Dekabr 22:45BILD: “Viaqra Milad ağacının ömrünü uzada bilər...”
Maraqlı 22 Dekabr 22:36İtaliyadakı ayılar mutasiyaya uğrayıb və qeyri-adi davranırlar...
Maraqlı 22 Dekabr 22:24Dad tumurcuqlarını məşqlə “gücləndirmək” olar...
Səhiyyə 22 Dekabr 22:15Bu simvol musiqiçinin əsərlərində müntəzəm olaraq görünürdü...
Mədəniyyət 22 Dekabr 22:04Onlar sizi isitmir, əksinə enerjinizi tükədir...
Sosial 22 Dekabr 21:55Yer kürəsinin fəsilləri hətta qonşu bölgələrdə belə sinxronlaşdırılmır...
Texnologiya 22 Dekabr 21:43Neyron şəbəkələri nüvə enerjisinə meydan oxuyur...
Texnologiya 22 Dekabr 21:36Britaniyanın ən məşhur qədim qadını haqqında yalanlar ifşa edilib..?
Maraqlı 22 Dekabr 21:25Şuşada bayram yarmarkası keçirilir
Sosial 22 Dekabr 21:21İsveçdə yeni bir anti-İslam təxribatı təşkil edilib...
Dünya 22 Dekabr 21:16Rusiya bütün nüvə buzqıran gəmilərini Arktikaya yerləşdirib...
Dünya 22 Dekabr 21:05Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
2,0018
+0,47%
-
GBP
2,2930
+0,66%
-
RUB
2,1637
+2,40%
.jpg)
.jpg)

