"Nigar" Fondundan fiziki qüsurlu uşaqlara bayram hədiyyəsi - FOTOLAR

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Nigar" Fondu tərəfindən 31 may və 1 iyun tarixlərində Qaradağ rayonunda olan bir qrup fiziki qüsurlu uşaqlara bayram hədiyyələri verilib. SİA-nın verdiyi məlumata görə, onlar üçün evlərində kiçik bayram tamaşası təşkil olunub.

"Nigar" fondunun təsisçisi Nigar Ağayeva belə tədbirlərin qarşıdan gələn günlərdə və illərdə keçiriləcəyini söyləyib: "Həm fiziki qüsrlu uşaqlar üçün, həm də aztəminatlı ailələr üçün yardım kampaniyalari həyata keçiriləcəkdir. Bundan əvvəlki illərdə də belə tədbirlər təşkil olunub".

Sonda qeyd edək ki, bu fond 19 yaşlı gənc xanım tərəfindən qurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...