Qurban bayramının tarixi açıqlandı

Azərbaycan Qurban bayramının vaxtı açıqlanıb. SİA xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev açıqlamasında Zilhiccə ayının 10-u bu il Qurban bayramıdır.

"Qurban bayramı bu il iyulun 31-i və avqustun 1-nə təsadüf edəcək. Əslində, İslam ölkələrində Qurban bayramı 3 gün qeyd edilir, yəni Zilhiccə ayının 10-u, 11-i və 12-də. Bizdə isə həm Ramazan, həm də Qurban bayramı dövlət səviyyəsində 2 gün bayram edilir" - deyə, Fuad Nurullayev bildirib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə