Naxçıvanın təbii mineralından bəhs edən məqalə ABŞ mətbuatında

AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədovanın “Naxçıvanın təbii mineralı əsasında fojazit tipli seolitin sintezi və tədqiqi” adlı məqaləsi ABŞ-ın nüfuzlu “Şüşə və keramika” (Glass and Ceramics) jurnalında dərc olunub.

AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən SİA-ya verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının təbii mineralı əsasında geniş praktiki əhəmiyyətə malik fojazit tipli seolitdən bəhs olunan məqalədə təbii minerallar əsasında aparılan tədqiqatların nəticələri, onların fiziki-kimyəvi xassələri işıqlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə