"Prezidentin rəhbərliyi ilə aparılan sosial siyasət davam etdiriləcək" - ŞƏRH ÖZƏL

“Sosial siyasət ölkə Prezidentinin ən başlıca həyata keçirdiyi siyasətin ana xəttidir və bu həmişə davam edəcək. Eyni zamanda pandemiya səbəbindən iqtisadiyyatda yaranan gərginliyə baxmayaraq, bununla əlaqədar bütün risklər nəzərə alınıb, bütün proseslər proqnozlaşdırılıb”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Aydın Hüseynov deyib.

Deputat bildirib ki, istənilən ssenariyə qarşı Azərbaycan dövlətinin və hökumətinin konkret tədbirlər planı var: “Sosial tədbirlər davam edəcək. Mənz pandemiya ilə əlaqədar hazırda 2,5 milyard manat vəsaitin ayrılması-əhalinin sosial problemlərinin aradan qaldırılması üçün əhəmiyyətli rol oynayıb. Elə bu addımın özü sosial tədbirlərə daxildir. Qısaca olaraq bildirsək, Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan sosial siyasət davam edəcək və istənilən meydana çıxacaq gərginliklər olsa belə, sosial tədbirlərin heç birinin təxirə salınması prosesi baş verməyəcək”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə