"Xidmət və rüsum haqlarının qiymətlərinə bir daha baxılmalıdır"

"Millət vəkilləri olaraq, ünvanlı dövlət sosial yardımla bağlı hər gün müraciətlər alırıq". SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Qənirə Paşayeva deyib.

O bildirib ki, problemin kökü çox fərqlidir: "Pay torpaqları vətəndaşlara verilən zaman ya atanın, ya da ananın adına verilir. Vətəndaş illər sonra sosial yardım almaq üçün müraciət edəndə "yox" cavabı alır. Pay torpağı aktının sənədləşməsi üçün rüsum çox yüksəkdir. Ona görə aidiyyəti qurumları bu məsələnin həll yolunu tapmağa çağırıram. Xidmət və rüsum haqlarının qiymətlərinə bir daha baxılmalıdır. Ən azından ünvanlı sosial yardım almaq üçün müraciət edənlər üçün bu vəsaitlər azaldılmalıdır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...