Sosial şəbəkələr nəzarətə götürülür

“Twitter”in və “Facebook”un bağlanması istisna edilmir

Bu gün soaial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bir növ insan həyatını, yaşamını sosial şəbəkələrsiz təssəvvür etmək mümükünsüzdür. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı sosial şəbəkələrin həyatımızda rolu əhəmiyyətli dərəcədə yüksəlib. Artıq bir çoxları, xüsusi ilə də gənc nəsil sosial şəbəkələrsiz qala bilmir. Gənclər bəzən gününlərinin əsas hissəini “Facebook”, “Twitter”, “İnstagram”, “Google+”, “Vkontakte”, “Odnoklassniki” və digər sosial şəbəkələrdə keçirilər. Ancaq razılaşmaq lazımdır ki, sosial şəbəkələrin müsbət tərəfləri ilə yanaşı mənfi cəhətləri də mövcuddur. İkinci tərəf bəzən birinciləri üstələyir. Bu da arzu olunmazdır. Çünki, mənfi yanaşmalar və ya istifadə bəzən sərhədləri aşır ki, bundan da böyük toplumlar əziyyət çəkirlər. Faktlara əsasən demək olar ki, sosial şəbəkələr səbəbindən intihara cəhd edənlər də olur. Sosial şəbəkələrdə narkotik aludəçiliyinə cəlbetmə, insan alveri və ya insan orqanlarının ticarəti, dini cərəyanların təbliği və digər mənfi hallardan istifadə edilir. Bir sözlə qısaca onu demək olar ki, əgər sağlam, düşüncəli sosial şəbəkə istifadəçilər üzv olduqları sosial şəbəkələrdən sosiallaşmaq, ictimai həyatda baş verən aktual məsələlər ətrafında müxtəlif sorğular təşkil etmək, canlı yayım vasitəsilə iclaslar, müzakirələr keçirmək, onları maraqlandıran məlumatları asanlıqla əldə edə etmək, yeni dostlar, tanışlar tapmaq və onlarla ünsiyyəti qurmaq baxımından önəmlidirsə, əks sosial şəbəkə istifadəçiləri cəmiyyətlərdə çaşqınlıq yaratmaq, qarşıdurmalara dəstək vermək, terror aktları törətmək və bu kimi digər insanlığa ziddi olan əmməllərdən istifadə etməyə və ya onları yaymağa cəhdlər göstərirlər. Məhz ikincilərin fəaliyyəti nəticəsində 2012-ci il də Londondonda vətəndas qarşıdurmaları, iğtişaşları baş verdi.

Sosial şəbəkələrin cəmiyyət həyatında yaratdığı ağır fəsadlar

2018-ci ilin sonu 2019- cu ilin əvvələrində Fransada sisial şəbəkələrdə edilən çağırışlar nəticəsində “sarı jiletli”lər hərəkatı ilə Paris və ölkənin digər şəhərlərində dükanların, bazarların, evlərin talanması, avtomaşınnların daş parçaları ilə əzilməsi halları baş verdi. Çoxsaylı insan bu aksiyalarda yaralandı, həbs olundu. Eyni arzu olunmaz hadisələr İspaniyanın Katolaoniya əyalətində, Polşada, Misirdə və Almnaniyadada yaşanıb. Haqlı olaraq sosial şəbəkələrin getdikcə insan həyatına mənfi təsisr göstəməsi, insanların əmlakına, həyatlarına mənfi təsirləri siyasətçiləri, dünya ölkələrinin hakim təbəqələrini ciddi addımlar atmağa vadar etməkdədir. Bir qədər əvvəl Böyük Britaniyanın baş naziri Consin sosial şəbəkələrin nəzrətə alınması ideyası ilə çıxış edirdisə, artıq ABŞ prezidenti konkret addımlar atmağa başlayıb. Donald Tramp ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

Məsələ ilə bağlı ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə verdiyi məlumatda bidirib ki, sərəncam vətəndaşların hüquqlarının qorunmasına xidmət edəcək: “Bu gün söz azadlığını, ABŞ vətəndaşlarının hüquqlarını qorumağa xidmət edən sərəncam imzaladım. “Twitter” kimi sosial şəbəkələr neytral platformanı qoruduqlarına dair fərziyələrə əsaslanmaqla misli görünməmiş məsuliyyətdən qorunmaq imkanına sahib idilər. Ancaq bu, belə deyil. İcra olunan sərəncam kommunikasiya etikasına dair qanunun 230-cu hissəsinə əsaslanaraq yeni qaydaların yaradılması məqsədini daşıyır. Senzura və ya siyasi aksiyalarda iştirak edən sosial şəbəkələr artıq məsuliyyət qorunmasına sahib olmayacaqlar, bu böyük bir qərardır”.

D.Trampın sözlərinə görə, belə bir sərəncamdan əvvəl sosial şəbəkələr “istədiklərini edə bilirdilər”. ABŞ prezidenti həmin saytlar tərəfindən hər hansı “aldadıcı və ya zərərli ticarət fəaliyyəti”nə yol verilməsi cəhdlərinin izlənilməsini Federal Ticarət Komissiyasına tapşırıb. D.Tramp, həmçinin jurnalistlərin suallarını cavablandırarkən, “Twitter”in bağlanmasının mümkünlüyünü də istisna etməyib.

Sosial şəbəkələrə nəzarət müsbət nəzticələr verə bilər

“Dünya ölkələrində sosial şəbəkələrin fəaliyyətinin təmzinlənməsi ilə bağlı müxtəlif təcrübələr var. Sosial şəbəkələrin fəaliyyət mahiyyətindən asılı olaraq bir sıra ölkələr ən radikal addımları belə atıblar. Çində, Rusiyada, İranda, Türkiyədə, Türkmənistanda, Özbəkistanda, Tacikistanda, Misirdə, Vyetnamda, Səudiyyə Ərəbistanında, Pakistanda və başqa ölkələrdə sosial şəbəkələrin müxtəlif seqmentləri qadağan olunub. Bütün bunlar isə sosial şəbəkələrin son zamanlar ünsiyyət qurma mahiyyətindən çox mənəvi və siyasi terrorla məşğul olması ilə əlaqədardır. Bu sıraya görünür ABŞ da qoşulmaq fikrindədir”. Bunu “Səs” qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Azərbaycanda sosial şəbəkələrdən istifadə sərbəstdir və onun heç bir seqmenti qadağan edilməyib: “İnternet istifadəçilərinin sayı isə ölkə əhalisinin 80 faizdən çoxunu təşkil edir. Təkcə facebook istifadəçilərinin sayı 3 milyon nəfərə yaxındır. Amma çox təəssüflər olsun ki, bəziləri internet azadlığını, söz və özünüifadə haqlarını səhv başa düşürlər və insanlarımızı, xüsusilə də siyasətçilərimizi, müəllimlərimizi, həkimlərimizi, hətta ən sadə vətəndaşlarımızı belə təhqir edirlər, şəxsiyyətlərini alçaldırlar. Bu günə qədər xatırlayıram ki, bələdiyyə seçkilərindən sonra Əli Kərimli Sevinc Osmanqızının youtube kanalında açıq-aşkar trollarını müəllimləri ağır qınağa, yəni təhqirə səslədi. Səhəri gün isə onun nəzarətində olan facebook səhifələrində müəllimlər ən ağır şəkildə təhqir olundular. Məqsəd əlbəttə ki, aydın idi. Cəmiyyətimizin ən aktiv kəsimi olan müəllimlərimizi seçki prosesindən kənar tutmaq, ümumiyyətlə qadın cinsindən olanları seçkilərə gəlməsinə mane olmaq idi”.

“Son günlər Milli Məclisin və respublikamızın rəhbərliyinə qarşı da çirkin təhqirkampaniyası aparılmaqdadır” –deyən Sədaqət Vəliyeva bu cür iyrənc hərəkətlərin bir daha baş verməməsi üçün mütləq sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi, məsuliyyət hissinin artırılması və lazım olanda cəza tətbiqi məsələlərinə baxılmalıdır: “Doğrudur, Cinayət Məcəlləsində təhqirə görə cəza nəzərdə tutulur. Amma bu, sosial şəbəkələrdəki saxtakarlıqların qarşısının alınmasına köməklik etmir. İndiki məqamda ən yaxşı hal sosial şəbəkələrdə təhqirlə məşğul olan, ictimai rəyi çaşdırmağa cəhd edən, yalan məlumatlar yayan səhifələr, profillər əngəllənməlidir, sahibləri dəqiq bəllidirsə, məsuliyyətə cəlb edilməlidir. Yaxşı olar ki, sosial şəbəkələr üzrə cinayət həyata keçirənlərin cəzalandırılması beynəlxalq fəaliyyət formasına keçsin. Məsələn, biri oturub Almaniyada, Fransada, ABŞ-da və facebook, youtube üzərindən ağzına gələni danışır. Bəs, bu cür kibercinayətkarlar, mənəvi terrorçular necə cəzalandırılsın? Məhz, bunun da mexanizmləri üzərində düşünülməlidir”.

Bir sözlə, dünyanın sakit və sabit ahəngini pozan sosial şəbəkələrdən qurtulmaq və ya nəzarətə götürülməsi üçün dövlətlər səiyyəsində əməli addımlar atılmaqdadır. Əgər nəticələr müsbət olsa yeni dünyamızda yeni baxışların və yanaşmaların olacağı şübhəsizdir. Təbii ki, bundan qazanan cəmiyyətlər və dövlətlər olacaq.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...