AZAL aviabiletlərin ödənişsiz təxsis edilməsi müddətini yenidən uzadıb

Koronavirus (COVID-19) pandemiyasının davam etməsi, habelə "Azərbaycan Hava Yolları" QSC (AZAL) və onun aşağı büdcəli törəməsi "Buta Airways" aviaşirkətlərinin uçuşlar yerinə yetirdiyi ölkələrin sərhədlərinin bağlanması ilə əlaqədar, iyulun 1-nə qədər uçuş tarixi ilə aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadılıb. SİA-nın məlumatına görə, bu barədə AZAL məlumat yayıb.

Məlumata görə, alternativ olaraq, sərnişinlərə aviabiletin dəyərinə bərabər olan vauçerlər və ya pul vəsaitinin qaytarılması təklif olunur. Pul vəsaitinin qaytarılması aviaşirkətin fəaliyyəti bərpa olunduqdan sonra 60 gün ərzində həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...