Bu məhsullara dövlət rüsumları ləğv edilib

Adlar verilən şərabçılıq məhsullarına görə bir sıra dövlət rüsumları ləğv edilib. SİA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

“Dövlət rüsumu haqqında” qanunun iki maddəsinin (18.62.2 və 18.62.3) ləğvi təklif olunub. Bu, adlar verilən şərabçılıq məhsullarına dövlət reyestrində qeydiyyata alınma üçün 10 manat və attestasiya üçün 10 manat dövlət rüsumunun ləğvini nəzərdə tutur.

Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...