Ölkədə sosial layihələrin icrası uğurla davam etdirilir - ŞƏRH ÖZƏL

“Koronavirusun bütün dünyanı cənginə aldığı bir şəraitdə əlbəttə insanların sağlamlığı ön planda dayanmaqla bərabər, vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması məsələsi də paralel gedir. Son dövrlərdə ölkədə sosial siyasətdə xüsusi fəallıqlıq müşahidə olunur”. Bunu SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun səzlərinə görə, əgər əhalinin sosial vəziyyəti pisləşərsə, koronavirusun yeni dalğası yarana bilər: “Təsadüfi deyil ki, cənab Prezident tərəfindən hökumət qarşısında qoyulmuş əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması işi bütün bir plan üzrə vaxtında yerinə yetirilir. Bu yaxın günlərdə də biz qaçqınlara və məcburi köçkünlərə avtomobil və mənzillərin verilməsini müşahidə etdik”.

E.Hüseynov qeyd edib ki, pandemiyanın bütün dünyada tüğyan etdiyi bir vəziyyətdə insanların sosial statusunun qaldırılması, sosial vəziyyətinin yaxşılaşdırılması onların eyni zamanda paralel olaraq həmin bu virusdan qorumağa da kömək edir: “Çünki insanlar stressdə olarkən və sosial qayğıları baş qaldıranda immunitet sistemi aşağı düşür. Bu da orqanizmdə xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Azərbaycanda qarşıya qoyulmuş sosial problemlər sıra ilə həll olunur və əhali də bu haldan çox razıdır. Bu məsələ ilə əlaqədar mənə 3 telefon zəngi gəlib. İnsanların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı çox sevinclidirlər. Bütün bunlar deməyə əsas verir ki, sosial məsələlərin həlli, sosial layihələrin planlı şəkildə icrası uğurla davam etdirilir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...