Ermənilər Tiflisin “erməni şəhəri” olduğunu “sübut etməyə” cəhd edirlər

Erməni icması müasir Tbilisidə Avlabarda məskunlaşmışdır. Ermənilər Gürcüstan hesabına da "Böyük Ermənistan" yaratmaq iddiasındadırlar. Onlar Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsini öz əraziləri hesab edirlər. Abxaz-gürcü münaqişəsində Abxaziyanın hərbi strukturlarına daxil olan “Marşal Baqramyan adına batalyon” gürcülərə qarşı amansızlığı ilə fərqlənmişdir. Ermənilər Tbilisini "itirilmiş erməni şəhəri" hesab edirlər. Ermənilər Gürcüstanın gözəl, şöhrətli paytaxtı Tbilisiyə həsrətlə baxaraq, onu "itirilmiş erməni şəhəri" siyahısına aid edirlər. Azərbaycanın qədim yaşayış məskəni olan Azərbaycan Xalq Cumhuriyyətinin Ermənistana güzəştə getdiyi İrəvanı özlərinə paytaxt etmiş ermənilər Gürcüstanın paytaxtını da özlərininki hesab etməklə, həyasızlığın ən bariz nümunəsini nümayiş etdirirlər.

Bədnam erməni “tədqiqatçısı” Samvel Karapetyan Tbilisi şəhərinə erməni iddialarını “əsaslandırmaq” üçün 2003-cü ildə İrəvanda Ermənistan MEA “Gitutyan” nəşriyyatında nəşr olunan 128 səhifəlik “Tiflisin (Tbilisinin) merləri” monoqrafiyasını yazmışdır. Əvvəla, xülasədə monoqrafiyanın qədim gürcü şəhəri deyil, “Zaqafqaziyanın əsas şəhərlərindən biri Tiflisin merlərinin tərcümeyi-halından bəhs edildiyi” göstərilir. Sonra isə 800 il (XII əsrdən 1917-ci ilə qədər” Tiflis merliyinin fəaliyyətinin araşdırılması və 47 şəhər merindən 45-nin erməni olduğu “sübut edilir”. Monoqrafiyanın “Tiflisin şəhərsalma tarixi ilə məşğul olan həmçinin erməni xalqının görkəmli nümayəndələrinin fəaliyyətinin araşdırılması ilə məşğul olan mütəxəssislər üçün” nəzərdə tutulduğu diqqətə çatdırılır. Müəllif “indiki erməni nəsillərini keçmişdə Tiflisdə erməni xadimlərinin yaratdıqları “əbədi dəyərlərlə” fəxr etməyə, həmin dəyərlərin yaradıcılarını unutmamağa” çağırır.

S.Karapetyan “ermənilərin Tiflisi gürcülərdən qeyri-qanuni yolla deyil, farslardan, türklərdən, almanların əllərindən alın tərilə, zəhmətlə aldıqlarını” iddia edir.

Tiflis əhalisi barədə məlumat verən S.Karapetyan ancaq Yerevanda nəşr olunmuş erməni dilində uydurulmuş “ilk mənbələrə” əsaslanaraq “sübut etməyə” cəhd edir ki, “erməni” əhalisi nəinki yalnız XIX əsrdə, əvvəllər də- lap orta əsrlərdə də Tiflisdə əhalinin əksəriyyətini təşkil etmişdir. Sonra o, 1932-ci ildə Yerevanda erməni dilində nəşr olunmuş Ok.Akopyanın “Yol qeydləri”nə “əsaslanaraq” guya XVI əsr mənbəsi Ramusionun italyan dilindəki nüsxəsindən “iqtibas” gətirir: “Bu vilayətdə Tiflis adlanan gözəl şəhər vardır. Onun ətrafında çoxlu qalalar və qala divarları ilə əhatə olunmuş kəndlər vardır. Orada xristian ermənilər, gürcülər, bir az da “sarasinlər” və yəhudilər yaşayırlar”. Yenə də S.Karapetyan Yerevanda uydurulmuş mənbələrə “söykənir”. 1976-cı ildə Yerevanda erməni dilində “tərtib edilmiş” “XVII əsr (1629-cu il) erməni əlyazması abidəsi”nin ikinci sayından “iqtibas” gətirir: “Tiflis erməni şəhəridir”. Ermənilərin çox güman ki, təhrif etdikləri və 1955-ci ildə İrəvanda nəşr etdirdikləri uydurma mənbələrdən olan “Ermənistan və ermənilər haqqında gürcü mənbələri” əsərinin üçüncü cildindən . S.Karapetyan Gürcüstan şahzadəsi Vaxuştinin 1745-ci ildə yazdığı bir cümləni göstərir: “Tiflisin əhalisi arasında Bərdə və Seyidabadda yaşayan müsəlman farslar, Bərdədən kənarda isə ermənilər üstünlük təşkil edir, gürcülərin sayı isə çox azdır.” S.Karapetyan Tiflisdə azərbaycanlıların, türklərin yaşamadığını “sübut etmək” üçün “fars-müsəlman” ifadələrindən istifadə etmişdir. Halbuki Tiflisdə və onun ətrafında – Təhlə, Qaracalar, Kaspi bölgələrində tarixən azərbaycanlılar yaşamış, XVII əsrdə Şah Abbas Gürcüstanı işğal edərkən özü ilə gətirdiyi mübariz azərbaycanlı tayfaları da Tiflis ətrafında yerləşdirmiş, onlar sonralar yerli azərbaycanlılarla qaynayıb-qarışmışlar.

S.Karapetyan XIX-XX əsrin əvvəllərinədək tərtib etdiyi ermənisayaq cədvəllərində Tiflisdə 1848-ci ildən 1916-cı ilə qədər guya ermənilərin 46,1-40,9%, gürcülərin 24,8-10,8%, rusların 20,7-22,0%, digər xalqların 7,2-19,4% təşkil etdiyini “sübut edir”.

Sovet dövründə Tiflisin əhalisinin xüsusi çəkisində ermənilərin azalmasından “təəssüflənən” S.Karapetyan 1979-cu ildə Tiflisdə 153000 erməni (14,0%), 653000 gürcü (62,0%), 129000 rus (12,0%) yaşadığını, burada digər millətlərin olmadığını “qeyd edir”. Halbuki Tbilisidə indi də xeyli sayda azərbaycanlılar yaşayırlar.

Vaxtı ilə dar küçələri, palçıqlı yolları olan Tiflis Rusiya canişini general Yermolovun sayəsində sırf Asiya şəhərindən yarı Avropa şəhərinə çevrildi.1840-1864-cü illərdə Tiflisdə yeni idarəetmə sistemi, ictimai idarəçilik tətbiq edildi. Bunun təşəbbüskarı Əlahiddə Qafqaz korpusunun komandanı və Qafqaz mülki idarəsinin sədri Y.A.Qolovin idi.

1847-ci ildə Gürcüstan canişini M.Vorontsovun təşəbbüsü ilə şəhər idarəçiliyi sistemində dəyişiklik edilərək oraya yeni inzibati orqanlar əlavə edildi. Rusiyanın erməniləri Qafqaza, o cümlədən Tiflis quberniyasına və Tiflisə köçürülməsi nəticəsində onların sayı yerli millətlərə nisbətən artdı. Ona görə də Tiflis də daxil olmaqla Tiflis quberniyasında ermənilərin sayı 558000 nəfər, azərbaycanlıların sayı isə 63000 nəfər oldu.

S.Karapetyan Tbilisini-Tpxisi bütün Qafqazın və Zaqafqaziyanın, həmçinin eyni mənada Ermənistan (?) və Gürcüstanın paytaxtı hesab edir. 1858-ci ildə Tiflisin nisbətən inkişaf etməsini göstərən S.Karapetyan yenə saxta erməni mənbələrinə istinad edir. Onun saxta istinadında oxuyuruq: “Tiflisi yaxud bizim dildə (erməni dilində-V.Ö.) Tpxisi indi bütün Qafqazın və Zaqafqaziyanın, həmçinin eyni mənada Ermənistan (?) və Gürcüstanın paytaxtı hesab etmək olar”. Bu əsl saxtakarlıqdır. Tiflisi Gürcüstanla yanaşı mövcud olmayan Ermənistanın da paytaxtı hesab etmək əsl cəfəngiyyatdır.

1860-cı ildə Tiflisin inkişafı ilə yanaşı, şəhər idarəetmə sisteminin tərkibi yeni vəzifələrlə şəhər idarəetmə katibi, şəhər rayonları komissarları vəzifələrilə zənginləşdi. Bu idarəetmə forması 1867-ci ilə qədər mövcud oldu. Lakin ermənilərin yüksək vəzifə tutmalarını mənbələr təsdiq etmir. T.Svyatoxovski onların “idarəçiliyin aşağı pillələrində yer tutduqlarını” göstərir: “Çar məmurlarının apardığı mərkəzləşmə və ruslaşdırma siyasəti arasındakı oxşar uyğunluq 1860-cı illərdə yenidən bərpa oldu... Bu bürokratik idarəetmə aparatının aşağı pillələrində qərar tutmuş yerli kadrların (o cümlədən gürcülərin və azərbaycanlıların-Ö.V.) çox güclü ixtisarı ilə nəticələndi və ərazinin idarə olunmasında əksər mövqelər rus və ermənilərin əlinə keçdi. III Aleksandrın hakimiyyəti dövründə bu hadisələr özünün ən yüksək zirvəsinə çatdı. Göründüyü kimi, S.Karapetyanın uydurduğu kimi ermənilər yüksək pillələrdə deyil, aşağı pilləiərdə vəzifələr tuturdular. Ancaq o, 1875-ci ildə “təkcə merlərin deyil, şəhər idarəsinin əksər üzvlərinin də ermənilərdən ibarət olduğunu” sayıqlayır.

1880-1890-cı illərdə Tiflis şəhər idarəsində (dumasında) milli münasibətlərdən bəhs edən erməni tarixçisi yenə ermənilərin üstün mövqe tutmasından bəhs edir.Erməni əsilli Q.Tumanov “Qafqazda şəhər özünidarəsi haqqında qeydləri” əsərində Tiflisdə ermənilərin əhalinin 47 % ni təşkil etdiklərini şəhər şurasında səslərin 72% nə malik olduqlarını iddia edir. Digər bir erməni saxta tarixçisi K.Turyan ermənilərin şəhərdəki say üstünlüyünü pulun ermənilərin əlində cəmləşməsilə əlaqələndirir: Ticarət və faydalı pullu müəssisələr onların (ermənilərin-V.Ö.) əllərində idi. Tiflisin erməni pul maqnatları hər hansı bir pul müəssiəsinin ətrafına toplanırdı.

Onların iddiasına görə guya Tiflis bankları ermənilərin pulları hesabına fəaliyyət göstərirdi. “Tiflis kommersiya bankı”, “Qarşılıqlı kredit cəmiyyəti”, “Şəhər kredit cəmiyyəti”, “Şəhər yanğından mühafizə sığortası cəmiyyəti”ni guya ermənilər yaratmışdılar, onlar guya həmin müəssisələrin səhmdarları idilər”.

Bu saxta erməni tarixçiləri Tiflis meri ilə yanaşı, şəhər şurasının əksər üzvlərinin erməni olduğunu uydururlar. XIX əsrin 90-cı illərində şəhər seçkilərində erməni və gürcü-rus qruplaşmaları arasında münasibətlərin kəskinləşdiyi göstərilir. Erməni “tədqiqatçıları” bunu seçkilərdə ermənilərin çox səs toplaması ilə izah edirlər. Bizim fikrimizcə isə, ermənilərin seçkilərdə saxtakarlıqlarına qarşı ruslarla gürcülər birgə mübarizə aparırdılar.

Gürcülərin Tiflisdə nəzərəçarpacaq dərəcədə az olmasını erməni tarixçisi Q.Tumanov özünəməxsus, ermənisayağı şərh edir. “Gürcü kartlilər və gürcü-kaxetiyalılar arasında şəhərlilərin sayı az idi. Onlar torpaq və silah adamları idilər. Kənd təsərrüfatı və hərbi xidmət Şərqi Gürcüstan əhalisinin əzəli və sevimli məşğuliyyəti idi. Zaman çox şeyi dəyişdi: gürcü əhalisinin müxtəlif siniflərindən bir çoxy buruaziyanın məlum elementinə çevrildi. İndi komersant gürcülərə, azad peşə sahibi olan adamlara rast gəlmək olur. Lakin onlar çox azdır. Onların əksəriyyəti hətta Tiflisdə seçki senzinə malik deyildirlər”. Buna görə də gürcülər guya şəhər meri vəzifəsinə nadir hallarda seçilirdi.

Gürcü mənbələri Tbilisiyə dair erməni tarixçilərinin bütün baxışlarını alt-üst edir. Qədim gürcü salnaməsində hələ IV əsrdə Tbilisinin möhkəmləndirilmiş şəhər olduğu və Şərqi Gürcüstan çarı Varaz-Banurenin iqamətgahı olduğu göstərilir. Akademik Canişia hələ o vaxtlar şəhərin inzibati-təsərrüfat, hərbi strateji əhəmiyyət

kəsb etdiyini qeyd edir, Tbilisidə V-VI əsrlərdə çar Vaxtanq Qarqasal və onun oğlu Daçi şəhərdə tikinti aparmış, şəhər divarlarını möhkəmləndirmişlər. Hələ VI əsrdə Bizans tarixçisi Feofana 571-ci ildə gürcülərin farslara qarşı üsyanından bəhs edərkən yazmışdır: “İberlərin paytaxtı Tiflis idi”

VII əsrdə Tbilisiyə Şərqi Gürcüstan feodal knyazı başçılıq edir. VII əsrdə ərəblər tərəfindən işğal olunmuş Tbilisidə Əmirlər otururdu.Akademik Canaşia hələ X əsrdə erməni yazıçısı Uxtanesin Tbilisini Gürcüstanın “böyük paytaxtı” olduğu fikrini diqqətə çatdırır .

X əsrin ortalarında Tbilisi əmirləri müstəqil feodallara çevrilirlər. Tbilisi 1122-ci ildə Gürcüstana birləşdirilib və IV Qurucu David öz iqamətgahını Kutaisidən Tbilisiyə köçürüb.

S.Karapetyanın “bərbad zibilli” hesab etdiyi Tbilisi, hələ “XI-XIII əsrlərdə geniş meydanları, möhkəmləndirilmiş divarları, bürcləri və qalaları olan şəhər idi. Mənbələrdə Dəriğəli və İsani iç qalaları, istehkamları, skalkinika və Tabori bütrcləri İsanidə Kürdən keçən körpülər xatırlanır. Əsas çar sarayı İsanidə yerləşirdi”. İsani ermənilərin daim xatırladığı Avlabardır. Amma gürcü tarixçisi akademik S.Canaşia göstərir ki, “İsaaninin” də, “Ablabarın” da qədim adları ərəb mənşəlidir. İsani “saray ətrafı”, Ablabar isə “istehkam, iç qala”, “bürc” deməkdir. Şübhəsiz ki, ermənilər Ablabara XIX əsrdə ruslar tərəfindən köçrülmüş və orada yerləşdirilmişlər.

XII-XIII əsrlərdə Tbilisi inkişaf edərək Yaxın Şərqin əsl iri şəhərlərindən birinə çevrildi. Buna görə də Roma papası XXII İoann Gürcüstan çarlığının paytaxtı Tefelisi ən yaxşı, əhalisi çox, varlı, rahat məşhur şəhər hesab etdiyindən katolik yepiskopluğunun iqamətgahını Stirnıdan Tbilisiyə köçürdü.

XVII əsrdə Tiflisdə oturan Kartli çarı İran şahınn vassalı olduğundan Tbilisinin bəzi səyyahları və tədqiqarçılar onu İran şəhərlərindən biri kimi təqdim edirdilər. Məşhur fransız botaniki Turnefarun verdiyi məlumata görə 1700 -cü ildə Tiflisdə 20 minə yaxın əhali yaşayr, 12 kilsə və 2 məscid var idi. Kilsələrin əksəriyəti gürcü,biri isə erməni və katolik kilsələri idi.

“XVIII əsrin 60-cı illərində Tbilisi birləşmiş Kartli-Kaxetiya çarlığının paytaxtı olur. Çar II İrakli şəhərin iqtisadi və mədəni yüksəlişinə nail oldu”

S.Karapetyan Tiflisdə İrəvan qapısının olduğunu iddia edir. Akademik S.Canaşia isə yazır: “Bu şəhər daş divarla əhatə olunmuş və 6 qapısı var idi (Diqomi, Kocori, Çay, Hamam, Gəncə, Qars qapıları)”.

1840-cı ildə Tbilisi Zaqafqaziya diyarının inzibati mərkəzi oldu və 1845-1917 –ci illərdə Qafqaz canişininin qərargahı olaraq qaldı. Tiflis feodal şəhərindən Avropa burjua tipli şəhərə çevrilsə də öz köhnə spesifik xüsusiyyətlərini saxladı.

1886-cı ilin fevralın 24-də Rusiya Nazirlər Şurasının qərarı ilə Zaqafqaziyada keçirilən siyahıyaalma zamanı Tiflisdə əhalinin milli şəraiti, əqidəsi, ictimai mövqeyi haqqında məlumat verilir. Bu siyahıyaalmanın keçrilməsinə Qafqazın mülki hissəsinin baş rəisi, general-adyudant, knyaz A.M. Dondukov-Korsakov rəhbərlik etmiş, prosesdə vilayət qubernatorları və rəisləri də fəal iştirak etmişlər.

Tiflis quberniyasında aparılan siyahıyaalmada Tiflis şəhərində 78445 nəfərin yaşadığı məlum olmuşdur. Həmin mənbədə quberniya şəhəri Tiflisdə 43822 nəfər kişi, 34623 nəfər qadın yaşayırdı. Məlumatlarda 1876-cı il və 1886 –cı il siyahıyaalmalarının məlumatları verilmişdir.

1876-cı ildə Tiflisdə rusların (maloruslar), bolqarlar, çexlər və slovaklarla sayı 19617 nəfər 1886-cı ildə 36113 nəfər, müvafiq olaraq gücülərin sayı 21542 nəfər və 38357 nəfər azərbaycanlıların sayı (mənbədə “Aderbaycan tatarları” adlanır) 2186 və 2505 nəfər, köçürülmüş ermənilərin sayı 37308 nəfər olmuşdur.[11] Tbilisidə XIII əsrdə 100 mindən artıq əhali yaşayırdı. Şəhərdə XVIII əsrin əvvəllərində 20 min, XIX əsrdə 25 min, 1865-ci ildə 71 min, 1886-cı ildə 78 min, 1897-ci ildə 161 min nəfər əhali yaşayırdı, XX əsrin 30 –cu illərində sovet dövründə Tbilsinin əhalisinin sayı 519 175 min nəfərə çatdı.

Tiflisdə pravoslavlar, təriqətçilər, erməni qriqoryanlar, erməni-katoliklər, Roma katolikləri, lüteranlar, müsəlmanlar, hestorianlar və ieduistlər yaşayırdılar.

Müasir Tbilisinin qədim hissəsi kiçik bir ərazini tutur. XVIII əsrin 30-cu illərində gürcü tarixçisi və coğrafiyaçısı Vaxuşti Baqrationu onun dəqiq planını tərtib etmişdir. Vaxuştinin məlumatına görə, qədim Tbilsi üç hissədən ibarətdir: onlardan biri Qala, ikincisi Seydabad, üçünsüsü İsna (XIV əsrdə Ablabar adlanıbdır) Qalanın cənub hissəsində Narınqala istehkamı, Şahtaxtı qalası, Qala meydanı yerləşir”. Qədim Tbilsinin ikinci hissəsi Seyidabad XVIII əsrdə Səfəvi şahı şah Səfi burada seidlərin yerləşdiyindən belə adlanmşdır.Şəhərin üçüncü hissəsi İsanidən körpü vasitəsilə Kürün əks tərəfi ilə əlaqə saxlanırdı.

Beləliklə, o əssasız uydurma erməni mənbələrinə əsaslanan saxtakar erməni tarixçiləri qədin Gürcüstanın əzəli paytaxtı Tbilisi şəhərinə iddia edir, onu yalançı erməni termini ilə əvəz edir, demoqrafik, tarixi təhriflərə yol verərək “erməni şəhəri” olduğunu “sübut etməyi” cəhd edirlər. Tarix və mənbələr ilə bu qədim şəhərin gürcü şəhəri olduğunu,..Bir çox millətlərin, o cümələdən azərbaycanlıların buraya tolerant mühitdə gürcülərlə mehriban bir ailə kimi yaşadığını təsdiq edir. Ermənilər isə bunun qafqaza həmçinin Tiflisə XIX əsrdə ruslar tərəfindən köçürülmüş, gəlmə xalq olmuş, bütün dünyada olduğu kimi bu bölgədə də “xəstə ermənilik” ideyasını reallaşdırmaq xəyali “Böyük Ermənistan” yaratmaq planlarına nəinki Tiflisi, Tiflis ətrafını, hətta Borçalı zonasını da daxil etmişlər.

Vahid Ömərov

Fəlsəfə üzrə fəlsəfə doktoru. dosen

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...