COVID-19-a yoluxanların sayı 6 milyonu ötüb STATİSTİKA

Dünya üzrə yeni koronavirus infeksiyasına yoluxanların sayı 6 milyon nəfəri ötüb. SİA xəbər verir ki, dünyada COVID-19-a yoluxan şəxslərin sayı 6 milyon 22 minə çatıb.

Dünya üzrə ən çox virusa yoluxma faktı ABŞ-da aşkar edilib. Belə ki, ölkədə 1 milyon 792 min nəfər COVID-19-a tutulub. ABŞ-dan sonra ən çox yoluxma faktı Braziliyada (466 min), Rusiyada (387 min), İspaniyada (285 min), İngiltərədə (271 min), İtaliyada (232 min), Fransada (186 min 835), Almaniyada (183 min) və Hindistanda (173 min) qeydə alınıb.

Türkiyədə virusa yoluxanların sayı 162 minə çatıb. Azərbaycanda isə isə 4989 nəfər virusa yoluxub. 1806 nəfər aktiv daşıyıcı xəstə xüsusi rejimli xəstəxanalarda müalicəsini davam etdirir.

Yoluxma sayı 50 mindən çox olan ölkələr isə bunlardır: Peru (148 min), İran (146 min), Çili (90 min), Kanada (89 min), Çin (82 min), Səudiyyə Ərəbistanı (81 min), Meksika (81 min), Pakistan (64 min), Belçika (58 min) və Qətər (52 min).

Dünya üzrə 366 min nəfər virusdan həyatını itirib. Virusdan sağalmış şəxslərin sayı 2 milyon 655 min nəfəri təşkil edir. Lakin, hələ də 3 milyon 278 min xəstə aktiv koronavirus daşıyıcısıdır.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə