Ölkə üzrə ən çox yoluxma faktı hansı rayonlarda qeydə alınıb?

"Ölkə üzrə yoluxma faizlərinin çoxluğuna görə Bakıda 47 faiz, Gəncə-Qazax bölgəsində 13,6, Aran bölgəsində 11.1 faiz, Abşeronda 9,2 faiz, Lənkəranda 8.6 faiz yoluxma faktı qeydə alınıb". SİA-nın verdiyi məlumata görə, bunu mətbuat konfransında TƏBİB-in sədri Ramin Bayramlı deyib.

R.Bayramlı bildirib ki, ən çox yoluxma paytaxt Bakının payına düşür: "Bu da şəhərdə təmas hallarının çox olması ilə əlaqəlidir. Digər tərəfdən Gəncədə 481 yoluxma, Sumqayıtda 250 yoluxma, Abşeronda 209 yoluxma faktı qeydə alınıb. Həmçinin, Salyan, Yevlax, Masallı, Kürdəmir rayonlarında da yoluxma faktları üstünlük təşkil edir. Kürdəmirin yalnız bir kəndibdə 31 yoluxma faktı aşkar edilib. Bakı üzrə rayonlarda isə Yasamal rayonu üzrə14,5 faiz yoluxma, Sabunçuda 13,5 faiz yoluxma, Nəsimi rayonu üzrə 13,0 faiz yoluxma, Binəqədi rayonu üzrə isə 11,1 faiz yoluxma faktı qeydə alınıb".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə