Jurnalistin iradı qəbul olundu, amma...

Jurnalistin iradı qəbul olundu, amma...

Tovuz rayonu, Dönük–Qırıqlı kənd sakini, jurnalist Dəmir İsə oğlu Qurbanlı Azərbyacan Respublikası Dövlət Gömrük Komitəsi "Azərterminal Konpeks" Birliyinin direktoru, Gömrük xidməti general-mayoru Cənab Ehtiram Xəlilova məktub ünvanlayıb. SİA-nın verdiyi məlumata görə, həmin məktubda Komitənin fəaliyyəti barədə fikirlərini bildirir və əlavə edir:

Əbədiyaşar müdrik rəhbərimiz, bənzərsiz dünyəvi siyasi xadim Heydər Əliyev siyasətinin ən layiqli davamçısı, dünyəvi siyasi xadim, Prezident İlham Əliyevin uğurlu, məqsədyönlü, düşünülmüş, uzaqgörən siyasətinin nəticəsidir ki, ölkəmiz regionun və dünyanın ən çox inkişaf etmiş, iqtisadi sosial tərəqqiyə, hərbi qüdrətə malik, sabit təhlükəsiz, xalq–iqtidar birliyinin, vəhdətinin ən yüksək zirvələr fəth etdiyi dövlətə çevrilmişdir.

Dövlətimiz in qüdrətlənməsində, zənginləşdirilməsində, inkişaf etdirilməsində digər dövlət orqanları ilə yanaşı Dövlət Gömrük Komitəsinin də çox böyük əvəzsiz xidmətləri və yeri vardır.

Dövlət başçımız Cənab İlham Əliyev Komitə rəhbərliyinin fəaliyyətini, işini yüksək qiymətləndirməklə yanaşı bəzi əməkdaşların qanunazidd hərəkətləri barəsində vətəndaşlar tərəfindən şikayətlərin olduğunu da komitə rəhbərliyinin nəzərinə çatdırmışdır.

Cənab General!

Mən də Azərbaycan vətəndaşı, media nümayəndəsi olaraq Prezident İlham Əliyevin siyasətinə dəstək verərək Dövlət Gömrük Komitəsinin fəaliyyətinə, işinə verdiyi qiyməti dəstəkləməklə yanaşı bəzi əməkdaşlar barəsində hələ də şikayətlərin olması barəsində rəhbərliyə iradını da bildirməsinə dəstək verərək, ölkəmizdə məmur özbaşnalıqlarına, korrupsiyaya və rüşvətxorluğa, dövlət əmlakının talan edilməsinə, vətəndaşlardan rüşvət tələb edilməsinə, qanunsuz pul alınmasına qarşı çox ciddi mübarizə aparıldığı bir şəraitdə ictimai nəzarətin gücləndirilməsi, bu sahədə medianın rolunun artırılması və.s barəsində tapşırıq və göstərişlərinə uyğun olaraq Tovuz Gömrük postunda fəaliyyət göstərən bəyannamə şöbəsinin əməkdaşı İsgəndərov Ramin Roman oğlunun fəaliyyətində ciddi qanun pozuntularının, o cümlədən idxal-ixrac əməliyatları üçün sənədlərin, bəyannamələrin hazırlanması prosesində, gömrük rüsumlarının qiymətindən artıq aldatma yolu ilə artıq pul alması vətəndaşlardan rüsum pullarını özü qəbul edərək poçt şöbəsində əməliyyatçı işləyən və Raminlə birgə qanunsuz əməllər törədən Arzu Məmmədova ilə işbirliyi quraraq hər bir rüsum ödəyən şəxsdən rüsum pulundan əlavə 20-30 manat pul almaları və həmin pulu mənimsəmələri və.s faktları aşkar etmişəm.

Mənim çoxsaylı yazılı və şifahi müraciətlərim, şikayət ərizələrim əsasında Ramin İsgəndərov işində olan bu cür ciddi nöqsanlara görə, marifləndirici söhbətlərdən, dəfələrlə ona edilən xəbərdaqlıqlardan nəticə çıxarmadığına, əxlaqsız hərəkətlərindən, alıb-aldatma əməllərindən əl çəkmədiyinə görə Tovuz rayonunda yerləşən Gömrük Postunda fəaliyyət göstərən bəyannamə şöbəsinin əməkdaşı olaraq 1 may 2020-ci il tarixində vəzifəsindən azad edilmişdir. Mənə verilən məlumata görə onu başqa əraziyə göndəriblər.

28 aprel 2020-ci il tarixdə "qara bazarda" onunla şərikə pul alveri ilə məşğul olan Mahmud və Tofiq adlı şəxsləri və onların yaxını Arif adlı şəxsi mənim yanıma göndərib. Mənə onların vasitəsi ilə 3 min manat, sonra da 5 min manat pul verib haqqında yazı yazmamağı və bununla da vəzifəsində qalmağını xahiş etdirmişdi.

Mən isə həmin pulu almaqdan imtina etdim və bildirdim ki, Raminin hərəkətlərində, əməllərində çox ciddi qanun pozuntuları vardır. O işdən azad edilməlidir.

Raminin qanunsuz əməlləri barədə dedim. Çox sağ olsun Vüqar müəllim, Rəşad müəllim, sizin idarənin vəzifəli şəxsləri Raminin bu cür hərəkətlərinə son qoymaq məqsədiilə onu Tovuz Gömrük Postunda fəaliyyət göstərən bəyyanamə şöbəsində tutduğu vəzifəsindən azad edilməsi üçün tədbir gördülər.

Xahiş edirəm Ramin Roman oğlu İsgəndərovun gömrük orqanları sıralarından azad edəsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə