Türkiyədə sərnişin qatarlarının hərəkəti bərpa olunub

Türkiyədə COVID-19 pandemiyası ilə əlaqədar fəaliyyəti dayandırılan qatarların fəaliyyəti bərpa edilib. SİA xəbər verir ki, normallaşma prosesinin tərkib hissəsi olan bu proses münasibətlə Ankara dəmir yolu stansiyasında yolasalma mərasimi təşkil olunub. İlk sərnişin qatarı Ankara-İstanbul magistralı üzrə yola salınıb. Mərasimdə iştirak edən Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu sərnişin qatarlarının hərəkət qrafiki, istifadə qaydaları, bilet satışı kimi məsələlərə dair qaydaları açıqlayıb.

Qeyd edək ki, ölkə daxilində aviareyslərin fəaliyyətinə iyunun 4-dən etibarən başlaması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...