Vüsal Quliyev: “2011-2015-ci illəri əhatə edəcək gənclərə dair dövlət proqramı biz gənclərin çoxdan gözlədiyimiz proqram idi”- DEBAT (SƏS TV)
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının baş müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru Vüsal Quliyev və akademiyanın Geostrateji Araşdırmalar Mərkəzinin elmi işçisi Aygün Əsgərzadənin SİA-ya müsahibəsi:
- Prezident İlham Əliyevin ölkə gənclərinə diqqət və qayğısının daha da artırılması məqsədi ilə 2011-2015-ci il gənclərə dair dövlət proqramının hazırlanması ilə bağlı verdiyi sərəncamı necə qiymətləndirisiniz?
Vüsal Quliyev- Bir gənc kimi ölkə başçısı tərəfindən gənclərə göstərilən diqqət qayğını yüksək qiymətləndirirəm. Bildiyiniz kimi, cari ilin 6 aprel tarixində ölkə başçısı 2011-2015-ci illəri əhatə edəcək gənclərə dair dövlət proqramının hazırlanması ilə bağlı sərəncam imzalayıb. Bu proqramın hazırlanması ilə bağlı ölkə başçısı iki ay vaxt verib. Bu biz gənclərin çoxdan bəri gözlədiyimiz proqramdır. Dövlət başçısı dəfələrlə çıxışlarında gənclərə olan diqqət qayğısı haqqında danışıb və bu qayğı hər zaman hiss olunmaqdadır. Lakin mənə elə gəlir ki, yeni proqram gənclərin inkişafı üçün daha böyük təkan verəcək. Azərbaycanda 3 milyona yaxın gənc var. Mənə elə gəlir ki, bu proqram bütün gəncləri əhatə edəcək.
-Ölkə başçısının bu günlərdə müxtəlif sahələrdə gənclərlə görüşməsi və onların problemləri ilə maraqlanması prezidentin gənclərə verdiyi yüksək dəyəri əks etdirmirmi?
Aygün Əsgərzadə- Əlbəttə, bu ölkə başçısının gənclərə verdiyi yüksək dəyəri əks etdirir. Eyni zamanda onu demək istərdim ki, bu gün Azərbaycanda bütün sahələrdə inkişaf gedir və burada gənclərin rolu çox böyükdür. Hər hansı bir dövlətin inkişafında gənclərin rolu mühüm əhəmiyyət kəsb edir. Gənclərlə bağlı işləməyə ümummilli lider Heydər Əliyev böyük qiymət verib. Hazırda ölkə başçısı İlham Əliyev bunu yeni formatda davam etdirir. Bizim 2005-2009-cu illərdə də gənclərlə bağlı dövlət proqramımız var idi, lakin bu günki proqramda daha professionallıq görürük. Ölkə başçısının gənclərlə görüşü prezidentin gənclərə olan diqqətinin ən yüksək formasıdır. Hər bir gənc üçün bu böyük bir stimuldur. Ölkə başçısı gənclərə dostu kimi yanaşır və istəyir ki, gənclərimiz ölkəmizin gələcəyinə öz töhfəsini versin. Mən bu görüşü yüksək qiymətləndirirəm. Mən özüm gənclərlə işləyirəm gənclərə dəstək verdikdə onlar daha da həvəslənir, təşəbbüslərinin üstünə təşəbbüs gəlir. Azərbaycan inkişaf etdikcə onun gəncləri də inkişaf edir. Ölkə başçısının gənclərlə görüşü zamanı gənclər fondun, gənclər evinin yaradılması müzakirə olundu. Düşünürəm ki, bu mühüm addımlardır.
- Gənc olmaqla yanaşı siz həm də elm adamısını. Ölkə başçısının müəllimlərin və tibb işçilərinin dövlət qulluğu siyahısına alınması ilə bağlı sərəncamını onların iqtisadi- sosial vəziyyətinin yaxşılaşdırılmasına yönələn addım kimi söyləmək olar?
Vüsal Quliyev - Ötən həftə ölkə başçısı gənclərlə görüşdü və orada prioritet məsələləri önə çəkildi. Ölkə başçısı gəncləri dinləməklə göstərdi ki, bu gün Azərbaycan inkişafa meyllidir. Görüş zamanı gənclər fondunun yaradılması məsələsi müzakirə olundu ki, bu gənclər üçün çox vacib məsələdir. Daha sonra görüşdə gənclər mərkəzinin yaradılması məsələsi də müzakirə olundu ki, bu da əsas məsələlərdən biridir. Orada həmçinin xaricdə təhsil alan gənclərin ölkəmizdə işlə təmin olunması məsələsi nə toxunulub. Görüşdə müəllimlərin dövlət qulluqçusu siyahısına alınaması məsələsi müzakirə olunarkən bildirildi ki, gənclərin işlə təmin olunması yaşlı nəsilin yüksək təqaüdlə təqaüdə çıxmasından asılıdır. Əgər belə olarsa, o zaman gənclər öz yerlərini tuta biləcəklər. Müəllimlərin, tibb işçilərinin bu statusa keçirilməsi məncə məqsədə uyğundur. Çünki bu sahədə çalışanların dövlət qulluğunun imtiyazlarından istifadə etməsi gördüyümüz işlərə daha diqqətlə yanaşmağa imkan yaradacaq.
Aygün Əsgərzadə - Bu stimul verəcək addımdır. Bu gün Azərbaycanda təhsildə qocalaşma var. Müəllimlərin bəziləri yaşı keçdiyinə görə onlar şagirdlərə lazımi səviyyədə bilik verə bilmirlər. Lakin dövlət qulluğuna keçdikdən sonra xüsusi yaş həddi olacaq ki, həmin sahədə çalışanlar konkret yaş həddinə çatdıqdan sonra işlərini tərk edəcəklər. Yaş həddinin olması çox vacib bir məsələdir. Müəllimlərin və tibb işçilərinin dövlət qulluqçusu siyahısına alınması mühümdür, çünki onlar ölkənin inkişafına böyük rol oynayan strukturlardır. Bu addım gənclər üçün də bir stimul olacaq. Təhsildə gənclərdən də istifadə olunmalıdır. Xaricdə təhsil alan gənclər təhsillərini bitirib geri qayıtdıqdan sonra onların resurslarından istifadə edilməlidir.
- Bəzi gənclər var ki, onlar ölkədə aparılan gənclər siyasətindən geridə qalırlar və bəzi qüvvələrin təsiri altına düşərək dövlət əleyhinə çağırışlarda iştirak etməyə cəhd edirlər. Bu hal təəssüf doğurmur ki?
Vüsal Quliyev- Əlbəttə ki, bu təəssüf doğuran bir haldır. Onlardan hansısa bir vasitə kimi istifadə edirlər. Həmin gəncləri ölkədə gedən islahatlara cəlb etmək lazımdır ki, onlar ölkəmizdə gedən inkişafı görə bilsinlər. Qoy onlar da yeni proqramla bağlı öz təkliflərini irəli sürsünlər. Belə olan halda onlar mənfi qüvvələrin əlində alətə çevrilməyəcəklər. 2011-2015-ci il gənclərə dair hazırlanacaq proqram çoxdan gözlənilən bir proqram idi. Mən bütün gənclərə səslənərək onları proqramla bağlı təkliflər verməyə çağırıram. Ən yaxş təkliflər proqrama salınacaq. Bizim Dağlıq Qarabağ kimi problemimiz var və hər bir gənc ölkə başçısın ətrafında birləşərək bu problemin həllinə çalışmalıdır. Bu yolda əlimizdən gələni əsirgəməməliyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB