Videokonfrans vasitəsilə maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Quba Regional Mərkəzi tərəfindən “İnsan Hüquqları Aylığı” çərçivəsində Quba Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin əməkdaşları və fəal oxucularının iştirakı ilə videokonfrans vasitəsilə maarifləndirici tədbir keçirilib.

Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, tədbirdə çıxış edən Ombudsmanın Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev müqəddəs Ramazan Bayramı və 28 May - Respublika Günü münasibətilə Müvəkkilin təbriklərini iştirakçılara çatdırıb, Ombudsmanın təşəbbüsü ilə keçirilən aylıqlar barədə geniş məlumat verib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Bununla əlaqədar olaraq Müvəkkilin təşəbbüsü ilə 18 may – 18 iyun tarixlərində ölkəmizdə “İnsan Hüquqları Aylığı” keçirilir.

Xüsusi karantin rejimində də Ombudsman təsisatı tərəfindən daxil olan müraciətlərə həssaslıqla yanaşıldığı, insanların hüquqların qorunması və təmini məsələlərinin daim diqqət mərkəndə saxlanıldığı qeyd edilib.

Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...