Floridada 28 may Azərbaycanın Günü elan olundu

Florida ştatının Aventura şəhərinin meri Enid Veysman 2020-ci il mayın 28-nin Azərbaycanın Respublika Günü elan olunması ilə bağlı Bəyannamə imzalayıb

Azərbaycanın Vaşinqtondakı səfirliyindən SİA-ya xüsusi müxbirinə verilən məlumata görə, Mer Veysman Bəyannamədə Amerikada yaşayan azərbaycanlıların Floridanın ictimai həyatında fəal iştirakını vurğulanaraq regionda müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və firavanlığa töhvə verdiklərini, o cümlədən bu cəmiyyəti təbliğ etmək üçün 2006-cı ilin 26 oktyabr tarixində yaradılan Azərbaycan-Amerika Mədəniyyət Assosiyasiyasının rolunu qeyd edib.

Bəyannamədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, ABŞ ilə Azərbaycan Respublikası arasında münasibətlərdən bəhs edir.

E.Veysman mayın 28-ni Azərbaycanın Respublika Günü elan edərək Aventura şəhərinin sakinlərini bu bayrama qoşulmağı və Azərbaycan xalqının töhfələrini birgə qeyd etməyə çağırış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...