Füzuli Ələkbərov: “Əməyin mühafizəsi və sağlamlıq üzrə yeni bir şuranın yaradılması ilə bağlı təklif edəcəyik”

Füzuli Ələkbərov: “Əməyin mühafizəsi və sağlamlıq üzrə yeni bir şuranın yaradılması ilə bağlı təklif edəcəyik”
Hazırda ölkəmizdə ən böyük problemlərdən biri də qeyri-formal məşğulluqdur. SİA-nın xəbərinə görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov məlumat verib. O bildirib ki, qeyri-formal məşğulluq nəinki əmək hüquqlarının pozulmasına, bəzən isə əmək hüquqlarının sıfıra enməsinə gətirib çıxarır. Nazirin sözlərinə görə, işçilər məcburən əmək müqaviləsi olmadan əmək fəaliyyəti ilə məşğul olaraq kifayət qədər zərbə altında qalırlar: "Bu məsələnin tək hökumət həll edə bilməz. Ona görə də təklif edəcəyik ki, əməyin mühafizəsi və sağlamlıq üzrə yeni bir şura yaradılsın. Bu şuraya sosial tərəfdaşlar daxil ediləcək. Eyni zamanda, aparıcı işəgötürən təşkilatlar, böyük müəssisələr daxil olmaqla birgə fəaliyyət planını müzakirə edərək bunun əsasında mövcud problemin həllinə çalışacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə