"Mall"ların fəaliyyəti və rayonlara gediş-gəlisin bərpası gündəmdədir

"Ölkəmizdəki vəziyyət kütləvi tədbirlərin, toy məclisləri, mərasimlərin iyun ayı ərzində keçirilməsinə imkan vermir". SİA-nın xəbərinə görə, bunu TƏBİB-in sədri Ramin Bayramlı deyib.

O bildirib ki, bütün kütləvi tədbirlər iyun ayı ərzində də qadağandır və tövsiyyə edilmir: "Həmçinin, iyunun 1-dən etibarən böyük alış-veriş mərkəzlərinin, "mall"arın fəaliyyətinin bərpası, həmçinin, rayonlara gediş-gəlişin bərpa olunması gündəmdədir. Bununla bağlı təkliflər hazırlanacaq. Göstəricilər stabil olarsa iyun ayı ərzində "mall"ların açılması gündəmdədir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə