106 nəfər virusa yoluxub 2 nəfər vəfat edib

"Bu gün ölkədə 106 nəfər virusa yoluxub. 1949-cu il təvəllüdlü, 1962-ci il təvəllüdlü 2 şəxs vəfat edib. Vəfat edənlərdən biri Gəncə şəhər xəstəxanasının cərrahı olub. Bütün səylərə baxmayaraq o, həyatını itirib". SİA-nın verdiyi məlumata görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R.Bayramlı bildirib ki, bu gün 6659 test edilib: "Ümumi test sayı isə 259155-dır. Virusa yoluxanların ümumi sayı 3855, vəfat edənlərin sayı 46-dır. Sağalan xəstələrin sayı 2399 nəfər, aktiv xəstələrin sayı 1410-dur. Onlar Bakı şəhərində və bölgələrdə xüsusi rejimli xəstəxanalarda müalicə alır. 60 nəfər reanimasiyadır, 13 nəfər isə süni tənəffüs cihazına qoşulub".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə