"Sizin Azərbaycan xalqı üçün etdikləriniz unudulmayacaq" Məktub

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

SİA Prezidentin saytına istinadla dövlətimizin başçısına ünvanlanan məktubu təqdim edir.

Samux rayonunun Alıuşaqlı kəndindən Nuriyyə İsrafilova yazır:

“Hörmətli cənab Prezident,

mənim 69 yaşım var. Çernobıl hadisələrinin iştirakçısıyam. İnsanların bəla ilə üzləşməsinin nə olduğunu bilirəm. Buna görə də Sizin koronavirus pandemiyasına qarşı tədbirlərinizi, “Evdə qal” çağırışlarınızı yüksək qiymətləndirirəm. Bütün qərarlara görə Sizə təşəkkür edirik. İllər keçəcək, ancaq Sizin Azərbaycan xalqı üçün etdikləriniz unudulmayacaq. Hər şeyə görə çox sağ olun, cənab Prezident”.

Bütün xəbərlər Facebook səhifəmizdə