"Əziz Prezidentimiz, Sizə inamımız böyük və sonsuzdur” Prezidentə yazırlar

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

SİA Prezidentin saytına istinadla dövlətimizin başçısına ünvanlanan məktubu təqdim edir.

Şəmkir rayonunun Çaparlı kəndinin sakinləri Kamal Quliyev, Ceyhun Namazov, Daşdəmir Əsgərov, İnam Mirzəliyev və Vüsal Hüseynov yazırlar:

“Əziz və möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandan,

COVID-19 pandemiyası qəfil meydana çıxmaqla dünya düzənində xaos vəziyyəti yaradıb, dövlət idarəçiliyini, siyasi liderləri çətin sınaqla üz-üzə qoyub. Sizin yüksək dünyagörüşünüzlə Azərbaycanda son bir neçə ayda qəbul edilən, ciddi nəzəri və praktiki təhlil qabiliyyətinizə, böyük siyasi təcrübənizə, dərin təfəkkürünüzə əsaslanan qərarlarınız dövlətimizin bu bəlaya qarşı mübarizədə bir addım öndə olmasını təmin etdi. "Biz birlikdə güclüyük!" çağırışınızla apardığınız müdrik siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha göstərdiniz. Bütün bunlara görə Şəmkir rayon Çaparlı kənd sakinləri adından Sizə təşəkkürümüzü bildirir və gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Əziz Prezidentimiz, Sizə inamımız böyük və sonsuzdur”.

Bütün xəbərlər Facebook səhifəmizdə