"Biz qəlbən, ruhən Sizinləyik" Qəhrəman ana Prezidentə yazır

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə vətəndaşlar tərəfindən təşəkkür və minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Qəhrəman ana Nəzakət Zeynalovanın dövlət başçısına ünvanladığı minnətdarlıq məktubunu təqdim edir.

Qəhrəman ana yazır: "Hörmətli cənab Prezident. Böyük fədakarlıqla xalqımızın qayğısına qaldığınıza görə Sizə və Mehriban xanıma özümün və ailəmin adından təşəkkürümüzü bildirirəm. Bu ağır günlərdə xalqımıza həm mənəvi, həm də maddi kömək göstərdiniz. Sizin düşünülmüş və uzaqgörən tədbirləriniz nəticəsində koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısı alındı. Siz bir Prezident, uzaqgörən siyasi xadim kimi xalqa yaxınsınız, bizimlə birlikdəsiniz. Biz də qəlbən, ruhən Sizinləyik. Sizə və Mehriban xanıma dərin təşəkkürümüzü bildirir, hər ikinizə cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə