"İnanırıq ki, şanlı bayrağımız Şuşada dalğalanacaq" Ağsaqqal minnətdarlığı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür və minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Hacıqabul rayon sakini, 85 yaşlı Cəbrayıl Xıdırovun məktubu təqdim edir. Məktubda deyilir: "Hörmətli cənab Prezident. Mən Hacıqabul rayonunun əməksevər vətəndaşları adından Sizə və Mehriban xanım Əliyevaya səmimi təşəkkürümü bildirirəm. Siz uzaqgörən siyasətiniz nəticəsində qısa müddət ərzində uğurlu bir yol seçib həyata keçirdiniz. Dünyanı bürüyən koronavirusa qarşı mübarizədə gördüyünüz uğurlu tədbirlər sayəsində ölkəmizdə itkilər elə də böyük olmadı. Allah Sizi qorusun. Arzu edirik ki, tezliklə şanlı bayrağımız Qarabağın hər guşəsində, Xankəndidə, Şuşada dalğalansın".

Bütün xəbərlər Facebook səhifəmizdə