Könüllü fəaliyyət - cəmiyyət və dövlətin birgə fəaliyyətinin uğurlu formatı

Bu gün müasir könüllülük anlayışı Qərb sosiologiyasında “volunteerism” şəklində ifadə edilən və könüllü insanlar tərəfindən qarşılıq gözləmədən ictimai əhəmiyyətli hədəflərə çatmaq , cəmiyyətin problemlərini həll etmək məqsədilə həyata keçirilən fəaliyyət nəzərdə tutulur. Könüllülük xidmətinin yarandığı dövr haqqında məlumatımız olmasa da XVIII əsrdə və XIX əsrin birinci yarısında Avstriya-Macarıstan, Fransa və İtaliya kimi bir sıra ölkələrdə bu xidmətdən bəzi sahələrdə istifadə edilmişdir. XX əsrdən başlayaraq isə dünyanın nüfuzlu təşkilatları könüllülük praqramına dair bir sıra tədbirlər həyata keçirmişdir. BMT-in 2001-ci il isə dünyada “Könüllülər ili” elan edilməsi bu tədbirlər siyahısına aid edilmişdir.

Ümumilikdə isə beynəlxalq təcrübədə "Könüllülər ili” könüllülük hərəkatının təbliğ olunması və müxtəlif sahələrdə dövlətin prioritet siyasətinin həyata keçirilməsində mühüm vasitə olaraq uğurlu bir model kimi özünü tanıdır.

Həmçinin də Azərbaycan Respublikasında könüllülər hərəkatı gənclər siyasətinin prioritet istiqamətlərindən biridir. 2009-cu ildə qəbul edilmiş "Könüllü fəaliyyət haqqında” qanun və normativ-hüquqi əsaslar buna əyani sübutdur. 2019-cu ildə 3 minə yaxın gəncin iştirakı ilə Könüllülərin II Həmrəylik Forumu keçirilmiş və bu proses könüllülər hərəkatının yeni vüsət almasında, könüllülər təşkilatlarının cəmiyyətin həyatında daha fəal iştirakında təkan olmuşdur. Bunun nəticəsidir ki, bu gün Azərbaycanda " ASAN könüllüləri”, "Regional İnkişaf” İctimai Birliyi, "Bir” Tələbə könüllüləri, "Könüllü DOST”, "Aqrar İnkişaf könüllüləri” kimi bir sıra könüllülük hərəkatları yaradılmışdır. Bundan başqa,həmçinin bir sıra dövlət orqanlarında könüllülük fəaliyyəti ilə bağlı proqramlar hazırlanmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ilin Azərbaycanda "Könüllülər İli” elan edilməsi barədə Sərəncamı üçüncü minillikdə gənclərin müxtəlif sahələrdə öz potensialını göstərməsinə, sosial məsuliyyət və ictimai nəzarətlə bağlı dövlət siyasətinin həyata keçirilməsinə meydan açan mühüm əlamətdar hadisədir.

Adil Adilov,

Nəsimi RİH könüllüsü

Bütün xəbərlər Facebook səhifəmizdə