Deputat Sədaqət Vəliyeva seçicilərini qəbul edib

Yeni Azərbaycan Partiyasının (YAP) 25 saylı Nizami II Seçki Dairəsindən Milli Məclisə seçilmiş deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva seçicilərini qəbul edib. Deputat həm online rejimdə, həm də qərargahda seçicilərinin müraciətlərinə baxıb.

Müraciət edən seçicilərin əksəriyyəti sosial və digər xarakterli problemlərilə bağlı fikirlərini diqqətə çatdırıblar. İşlə təmin olunmaq, həmçinin, müalicə və müayinə edilmək istəyən müraciətçilərin probleminə yerindəcə reaksiya verilib və deputat aidiyyatı qurumlara müraciət edib.

Qeyd edək ki, qəbulda Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...