Səfirdən Azərbaycan xalqına Ramazan təbriki

İran İslam Respublikası səfiri Cavad Cahangirzadənin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına və dövlətinə ünvanladığı təbriki. SİA-nın məlumatına görə təbrikdə deyilir:

"Quranın baharı, İlahi rəhmətin nazil olduğu və insan ruhunun yüksəlişi olan Müqəddəs Ramazan bayarmının gəlişi münasibətilə dost və qardaş Azərbaycan xalqını və dövlətini təbrik etməkdən fəxr duyuram. Ramazan bayramı dünya müsəlmanları arasında vəhdətin, həmrəyliyin təcəllisi və ictimai bağların möhkəmlənməsidir. Bu böyük bayram günündə İran xalqı Azərbaycan Respublikasının müsəlman xalqı ilə həmrəy olduğunu elan edir və təkidlə vurğulayır ki, daim dost və qardaş Azərbaycan xalqının yanında olub, bundan sonra da olacaq və əbədi olan bu dostluğa və qardaşlığa görə fəxr edir. Sonda Mütaal Allahdan Azərbaycan Respublikası dövləti və xalqı üçün izzət və başucalıq, iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsini arzulayır və ümid edirik yaxın gələcəkdə Azərbaycan xalqının şad gününü - "Qarabağın və Qüdsün azad olunması bayramları"nı birlikdə qeyd edəcəyik.

İlahi, Ramazan bayramında bizim bayramlığımızı bütün müsəlmanların oruc və ibadətlərinin qəbulu və bu bərəkətli aydan faydalanmağı qərar ver.

Xüdahafiz ey Ramazan, ey Allahın ən böyük ayı və ey Allah dostlarının bayramı!".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə