Müharibədə iştirak etmiş və zədə almamış şəxslərin NƏZƏRİNƏ - AÇIQLAMA

Müharibədə iştirak etmiş və zədə almamış şəxslərin NƏZƏRİNƏ - AÇIQLAMA

"Prezident İlham Əliyevin 15 aprel 2019-cu il tarixli Fərmanı ilə müharibə veteranları üçün Prezidentin aylıq təqaüdü (80 manat) təsis edilib". Bu sözləri SİA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fazil Talıbov müharibə veteranlarının sosial müdafiəsinin təmin olunması sistemindən danışarkən deyib.

Onun sözlərinə görə, müharibə iştirakçısı olmuş, lakin zədə almamış, heç bir əlilliyi olmayan şəxslərin, yəni, müharibə veteranlarının sosial müdafiəsi üzrə 2019-cu il ərzində təqdim edilən sosial paketlərdə nəzərdə tutulmuş təqaüd növü mövcuddur: "2019-cu il ərzində təqdim edilən və vətəndaş rifahının təminatında inqilabi addımların atılmasını təmin edən sosial paketlər müharibə veteranlarını da əhatə edib. Belə ki, Prezident İlham Əliyevin 15 aprel 2019-cu il tarixli Fərmanı ilə müharibə veteranları üçün Prezidentin aylıq təqaüdü (80 manat) təsis edilib ki, bu da müharibə veteranlarına dövlət dəstəyinin əhəmiyyətli şəkildə artırıldığını göstərir".

Fazil Talıbov qeyd edib ki, müharibə iştirakçısı olmuş, heç bir zədə almadan hərbi vəzifəsini tamamlamış şəxslər "müharibə veteranı" statusunu almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində Səfərbərlik Xidmətinə müraciət edə bilərlər.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə