Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm“ mükafatı laureatı Dəmir Qurbanlı Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampa məktub ünvanlayıb. Əsasən Ermənistanın Azərbaycan torpaqlarının işğalına yönəlmiş siyasətindən danışılan məktubda deyilir:
Hörmətli Cənab Prezident,
28 may - Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti, dünyada tanınmış siyasi xadim, sülhün, əmin-amanlığın carçısı, terora və terorizmə qarşı mübarizədə öndə gedən, dünyanın qəbul etdiyi və məsləhətləşdiyi Cənab İlham Əliyevə ünvanladığınız təbrik məktubu hər bir Azərbaycan vətəndaşı kimi məni də sevindirməyə bilməzdi. Məktubda siz ABŞ xalqının və dövlətinin Azərbaycana və onun xalqına verdiyiniz ən yüksək münasibəti özündə əks etdirən və dünyaya bəyan edən, eyni zamanda işğalçı, terorçu ölkəyə - Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarını azad etmə mesajını vermisiniz.
Siz Azərbaycanın ərazi bütövlüyünü, süverenliyini çox yüksək səviyyədə dəstəklədiyinizi, müdafiyyə etdiyinizi, tanıdığınızı bildirməklə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin uğurlu, məqəsədyönlü, düşünülmüş daxili və xarici siyasətinə verdiyiniz qiymətin nəticəsidir ki, dünyanın güc mərkəzlərindən olan hegemon dövlət olan, NATO kimi bloklara rəhbərlik edən, 330 milyondan artıq əhalisi olan ABŞ-la birlikdə siz Azərbaycanı dünyanın iki ən böyük ölkəsi, dövləti olaraq məktubunuzda çox yüksək səviyyədə qeyd etmisiniz. Sizin məktubunuz Azərbaycanın demokratik, dünyəvi, hüquqi dövlət olaraq beynalxalq aləmdə mövqeyinin ən yüksək zirvədə olmasına verilən qiymətin təzahürüdür.
Siz bu mövqeyin, nüfuzun hansı istiqamətdə inkişaf etməsini, Azərbyacanın müstəqil dövlət olaraq beynəlxalq aləmdə terora, təcavüzə, işğala, soyqrım cinayətlərinə qarşı mşübarizədə beynalxalq hüququn norma və prinsiplərinə uyğun olaraq BMT nizamnaməsinə uyğun olaraq 2011–ci ildə Təhlükəsizliklik Şurasına qeyri-daimi üzv seçkilərində Ermənistanı və digər ölkələri məğlub edərək, 155 ölkənin dəstəyi ilə qələbə əldə etməsi, Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olan ABŞ-la ciyin–ciyinə BMT–nin tribunasından etdiyi çıxışların, çağırışların canlı şahidlərindənsiniz.
Sizin üzvü olduğunuz NATO silahlı qüvvələrinin baş qərargah rəisi ilə Rusyanın baş qərargah rəisləri arasında Azərbycanda keçirilən görüşlər, bu görüşlərin planlaşdırılması, təşkil edilməsi və həyata keçirilməsi sizin tərəfinizdən Azərbaycanın müstəqil dövlət olaraq təhlükəsiz, sabit ölkə olmasına verdiyiniz qiymətin təzahürüdür. Azərbaycanda iqtidar–xalq, xalq–iqtidar birliyinə, vəhdətinə, fəlsəfəsinə dövlət başçımızın siyasətinin mərkəzində Azərbaycan vətəndaşının maraqlarının dayanmasına, iqtidarın xalq tərəfindən dəstəkləməsinə verdiyiniz qiymətin təzahürüdür. Azərbaycanın geosiyasi, geoiqtisadi mövqeyinə beynəlxalq layihələrin təşkilatçısı və icraçısı olamasına, beynəlxalq kommunikasiya, nəqliyyat qövşağında yerləşməsinə, bir sözlə milli maraqlarına, təhlükəsizliyinə, suverenliyinə, konistitusiya quruluşuna verdiyiniz qiymətin nəticəsidir.
Cənab Prezident!
Sizin məktubunuz Azərbaycanın son 17 ildə əldə etdiyi nailiyyətlərə, uğurlara dövlətimizin beynəlxalq mövqeyinə verdiyiniz qiymətin nəticəsidir. Düşmən Ermənistana isə sarsıdıcı zərbədir, ATƏT-in Minsk qrupunun həmsədri olaraq ABŞ mövqeyinin təstiqidir. İcazənizlə fürsətdən istifadə edərək ABŞ-Azərbaycan münasibətlərinin tarixi və dövlətlərarası münasibətlərimizə xələl gətirən beynalxalq soyqrımı cinayəti hadisəsi olan və ermənilər tərəfindən planlı və məqəsədli şəkildə törədilən Xocalı soyqrımından 9 ay sonra yani 1992 – ci ilin dekabrda Azərbaycana hər cür yardımı qadağan edən ABŞ Konqresi tərəfindən erməni lobilərinin təsiri ilə qəbul edilmiş “ 907–ci düzəliş“ adlı sənədin ləğv edilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və tarixi və.s barəsində sizə öz fikirlərimi çatdırmaq istərədim.
Sizin Amerika 9 noyabr 2016–cı il Prezident seçkilərində tarixi qələbəniz, eyni zamanda keçmiş Prezident Obamanın qeyri-qanuni dəstəklədiyi keçmiş dövlət katibi, özünün qeyri səmimiliyi, Azərbaycana və onun xalqına qarşı riyakar ermənipərəst mövqeyi ilə tanınan Hillari Klintonu məğlub etməyiniz Amerika xalqının sizə olan inamının, etimadının nəticəsidir və Amerika xalqının, Amerka demokratiyasının qələbəsidir.
Obama, Hillari Klinton cəbhəsinin dünyada terorizmə qarşı mübarizə pərdəsi adı ilə terorizmi qızışdıran, təcavüzkar, işğalçı, soyqrım cinayəti törədən, dünyada teroru və terorizmi həyata keçirən qondarma "for-post" Ermənistana hər cür yardım siyasətini həyata keçirən, erməni lobbilərini möhkəmləndirərək, siyasi cəhətdən təlimatlandıraraq Azərbyacana qarşı zərbə vuran “ 907–ci düzəliş“ deyilən bədnam qətnaməni qüvvədə saxlayan, Minsk qrupunun həmsədri olaraq münaqişəni ermənilərin xeyri istiqamətinə yönəldən və beləliklə də ABŞ dövlətinə qarşı beynəlxalq aləmdə mənfi rəy formalaşdıran Hillari Klintonun məğlubiyətidir. Ona görə ki, Amerika xalqı onun 8 illik birinci xanımlıq, 4 illik dövlət katibliyi dövründə onun bu cür əməllərinin canlı şahidi olmuşdur.
Sizin seçkilərdə rəqibiniz olmuş və qeyd etdiyim kimi Obamanın da tam şəkildə dəstəklədiyi və hətta onun Prezident seçilməsi üçün sizin barənizdə təhqiredici ifadələr işlətməkdən belə çəkinməyən xəstə təxəyyüllü, Amerika xalqının və dünya xalqlarının tarixində özünə qaranlıq bir səyifədə yer almış, Azərbaycana qarşı qərəzli mövqeyi ilə çıxışları ilə xalqımızın nifrətinin qazanmış, qəzəbinə tuş gəlmiş xanım Klintonu 2011–ci il 8 dekabr tarixdə işlədiyim “ Azad Azərbaycan “ qəzetində ABŞ dövlət katibinə ismarıç başlıqlı məqalə ilə kəskin tənqid etmişəm, onun siyasi baxışlarının, ölkələrarası, xalqlar arası münasibətlərə mənəvi–psixoloji teror virusu yoluxduran konsepsiyasının tənqid atəşinə tutmuşam.
Bu faktlar təsdiq və sübut edir ki, hər bir Azərbaycan vətəndaşı kimi mən də onun bütün fəaliyyətini tənqid edərək prezidentliyə gedən yolunun açıq olmasının qarşısını almaq, erməni lobbilərinin istək və arzularının gerçəkləşməsinin qarşısının alınması istiqamətində çox faydalı işləri icra etmişik. Sizin isə bütün fəaliyyətinin Amerika xalqının, dünya xalqlarının maraqlarına yönəldilməşədir. Sizin seçkiqabağı çıxışlarının və fəaliyyətə başladığının dövrdən bu günədək olan vaxtlarda olan çıxışlarınız, eyni zamanda Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Azərbaycan xalqı və dövləti adından Sizə ünvanladığı təbrik məktubunda sizin fəaliyyətinizə verdiyi tarixi əvəssiz qiyməti bir daha təstiq edir.
Hörmətli Prezident!
Azərbaycan Respublikası hüquqi, demokratik, dünyəvi dövlət olaraq dünya xalqlarının və dövlətlərinin tarixində bənzəri olmayan siyasi xadim Heydər Əliyevin siyasi kursu əsasında regionda və dünyada ən çox dinamik inkişafa, sosial tərəqqiyyə, mədəni-elmi inkişafa nail olmuş ölkədir. Azərbaycan Respublikasının vətəndaşı, mətbuat nümayəndəsi olaraq, sizə yuxarda qeyd etdiyim məsələlərin həll edilməsi, o cümlədən bədnam “907–ci düzəliş“ deyilən qərarın ləğv edilməsini, erməni lobbisinin fəaliyyətinə son qoyulmasını, Minsk qrupunun həmsədr olaraq BMT Təhlükəsizlik Şurasının tribunasından Ermənistan adlanana "for-post" ölkənin təcili olaraq, qeyd–şərtsiz Təhlükəsizlik Şurasının 1993–cü il aprelin 30–da qəbul etdiyi 822, 1993–cü ilin iyulun 29–da qəbul etdiyi 853, 1993–cü il oktyabrn 14–də qəbul etdiyi 874 və 1993–cü ilin noyabr 13–də qəbul etdiyi 884 saylı qətnamələrinə əsasən işğal edilmiş Azərbaycan torpaqlarından işğalçı qoşunların çıxarılmasına dəstək verməyinizi xahiş edirəm. Ermənistana beynalxalq enbarqo tədbiq edilməsini, beynəlxalq cinayət hadisəsi olaraq soyqırımı cinayətini bu günədək dəvam etdirərək dinc əhalinin, o cümlədən 4 iyun 2017–ci il tarixdə Füzuli rayonun Alıxanlı kəndidə beynəlxalq hüququn bütün norma və prinsiplərinin, BMT Nizamnaməsnin, Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin pozaraq yaş yarımlıq uşağın, onun nənəsinin qətlə yetirlməsini yaşayış məntəqələrini, tarixi abidələrimizi, müqəddəs yerlərimizi, qəbristanlıqlarımızı, meşələrimizi dağıtdıqları ekologiyamıza ağır zərbə vurmalarını, azərbaycanlıların əzəli Azərbaycan torpaqlarından zaman–zaman deportasiya edilmələri, o cümlədən 1948–1953–cü illərdə 100 mindən çox Azərbaycanlı əhalinin indi Ermənistan adlandırılan əzəli Qərbi-Azərbaycan torpaqlarından qovulmasını və sair hərbi cinayətlər barəsində Senata və Konqresə müvafiq araşdırmaların aparılması barədə müraciət ünvanlamağınızı rica edərdim.
Məlumat üçün Sizə bildirirəm ki, Azərbaycan və ABŞ arasında münasibətlər və ABŞ–ın Azərbaycana ilk marağı hələ XIX əsrin 70–80–ci illərinə təsadüf edir. Azərbaycanın zəngin neft yataqlarına malik olması, Azərbaycanın ABŞ üçün əlverişli geosiyasi ərazidə yerləşməsi, zəngin təbii sərvətlərə malik olamsı xalqlar arasında dosluq münasibətlərinin formalaşmasına zəmin yaradır. Məhz buna görə də Çar Rusiyasının dağılmasından sonra 1918–1920–ci ilərdə mövcud olmuş müstəqil ADR ilə diplomatik əlaqələrin yaradılması cəhd 1919–cü il mayın 28–də Parisdə olmuşdur. ADR–in dövlət nümayəndələri, başda Ə.M.Topçubaşov olmaqla, Prezident V.Vilsonla görüşüb və rəsmi diplomatik münasibətlər barədə memorandum təqdim ediblər.
1991–ci il okyabrın 18–də Azərbaycan müstəqillik haqqında konstitusiya Aktı qəbul edildikdən sonra dövləti müstəqiliyimizi ABŞ dövləti həmin ilin dekabrın 25–də rəsmən tanıdığını bəyan edib. 1992–ci ilin martın 18–də iki dövlət arasında rəsmi diplomatik münasibətlər yaradılıb. Müstəqilliyimizin ilk illərində dövlətimizin və xalqımızın üz–üzə qaldığı Dağlıq Qarabağ və erməni təcavüzü ABŞ rəsmi dairlərinin diqqətindən kənarda qalmayıb.
1828–1832, 1877-1878, 1905–1907, 1918–1920, 1948–1953 və 1988–ci illərdə iki milyon azərbaycanlı öz dədə-baba torpaqlarında məcburən soyqırıma, təcavüzə məruz qalaraq çıxarıblar. Həmin Azərbaycan torpaqlarında ermənilər yerləşdirilib. Xüsusəndə də Qarabağa İrandan və Suriyadan ermənilər köçürülərək orada yerləşdirilib. Sovet İmperiyası Qafqazda öz çirkin niyyətlərini ermənilərin əli ilə həyata keçirmək məqsədilə Azərbaycan torpaqlarında Ermənistan adlanan "for-post" dövlət formalaşdırıb. Bu eyni zamanda ABŞ–ın Qafqaz maraqlarına qarşı imperiyanın həyata keçirdikləri siyasətin tərkib hissəsi idi. Azərbaycanın qədim İrəvan şəhərini Yerevan adlandırıb onun paytaxtına çevirblər. Elə təkvə 1988–ci ildən başlanan deportasiya, təcavüz, soyqrım nəticəsində torpaqlarımızın 20 faizindən çoxu işğal olunub, 1 milyondan artıq azərbaycanlı qaçqına, köçkünə çevrilib. Beş minədək vətəndaşımız əsir və itkin düşüb, 25 mindən çox insan şəhid olub, 80 minədək insan şikəst olub, 800 mindən çox yaşayış məntəqəsi işğal edilib, 6 minə yaxın sənayə və kənd təsarrüfatı müəssisəsi, 4366 sosial–mədəni obyekt dağıldılıb. Ölkə iqtisadiyyatına 22 milyard ABŞ dolları məbləğində zərər vurulub. Tarixdə misli görünməmiş dəhşətli soyqırımı – beynəlxalq cinayət hadisəsi Xacalı soyqırımı 1992–ci fevralın 25–dən 26 –a keçən gecə ermənilər tərəfindən törədilib. Xocalı şəhəri tamamilə darmadağın edilib, yandırılıb. 613 nəfər şəhid olub, 1000 nəfər şikəst olub, 1275 nəfər əsir düşüb.
Cənab Prezident!
Siz də dövlət başçısı olaraq həmin illərə və hadisələrə diqqət yetirin. Xocalı soyqırımından sonra sizin ölkənin Konqresi soyqrıma, təcavüzə, terrora, işğala məruz qalmış, 1 milyondan çox qaçqının olan erməni vəşiliyinin qurbanına çevrilən Azərbaycan və onun xalqına köməyi, dəstəyi nəzərdə tutan qərara qəbul etməli idi, yoxsa əksinə? Ermənistan adlanan ölkəyə qarşı beynəlxalq qadağalar tətdib edilməli, hər cür yardım dayandırılmalı idi?! Ancaq hadisələr əksinə çərayan etdi. Xocalı soyqırımından, beynəlxalq cinayət hadisəsindən sonra əlbəttə, Cənab Prezident, siz də mənimlə razılaşacaqsınız ki, ABŞ konqresi beynəlxalq hüququn norma və prinsiplərinin pozaraq hər bir növ erməni terroruna, işğalına, soyqrımı siyasətinə dəsətək aksiyası keçirdi. Azərbaycan dövləti və xalqı ilə həmrəliy nümayiş etdirmək, Ermənistana embarqo tədbiq etmək əvəzinə, çox təəssüf ki, bu günə qədər hələ qüvvədə qalan, ləğv edilməmiş “907–ci düzəliş“ erməniləri daha da şirniklədirən qərar qəbul edilib. İşğalçı ölkəyə isə yardımlar ayrıldı. 1992–ci ildən etibarən Ermənistana 600 milyon dollardan çox yardım edilir.
Cənab Tramp!
Siz bütün qeyd etdikləriniz faktları, sübutları bir daha nəzərdən keçirərək Azərbyacan qarşı siyasətinizdə beynəlxalq hüquq normalarına, BMT nizamnaməsinə, ABŞ Konstitusiyasına istinad edərək ölkəmizdə gedən demokratik proseslərə, hüquqi, dünyəvi dövlət quruculuğuna, iştimai–siyasi sabitliyə, Azərbaycan beynəlxalq aləmdə, xüsusəndə ABŞ dövlətinə qarşı qardaşlıq, dosluq, qarşılıqlı anlaşma əsasında inkişaf edən siyasətinə bir daha üstünlük verərər dövlətlərarası münasibətlərdə əngəl olan “907 düzəliş“i ləğv edəcəksiniz və bu təkliflə Konqres qarşısında Prezident olaraq təkliflərinizi verəcəksiniz. Bu qərarı Azərbaycanın üzərindən götürərək işğalçı, terrorçu, təcavüzkar, soyqırımı həyata keçirən Ermənistana qarşı yönəldəcəksiniz. Həmçinin də Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad olunması tələbi ilə Ermənistana rəsmi nota verəcəksiniz. İkili standartlara son qoyacaqsınız.
İnanırıq ki, beynəlxalq cinayət hadisəsi - Xocalı soyqırımı törətmiş Ermənistanı beynəlxalq məhkəməyə verilməsinin təmin etməklə dünyaya sübut edəcəksiniz ki, işğalçı, cinayətkar, faşist hərbi xuntanın rəhbərlik etdiyi Ermənistanın timsalında heç bir dövlət cəzasız qalmır.
Cənab Prezident, Əminəm ki, mənim müraciyətimə müsbət münasibət bildrəcəksiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB