Nəqliyyat sektorundan tullantı azalarsa, ətraf mühitin çirklənməsi azalacaq Umayra Tağıyeva
Bakı şəhəri digər meqapolislərlə müqayisədə əlverişli cəhəti ondan ibarətdir ki, Abşeron yarımadasında əsasən Şimal küləyi müşahidə olunur. SİA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən direktoru Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, küləkli proseslərdə zərərli maddələrin toplanması üçün şərait əlverişli olmur: “Buna görə də Bakı şəhərində smoq hadisəsi çox müşahidə olunmur. Bir tərəfdən Abşeron yarımadasının digər şəhərlərdən üstünlüyü, digər tərəfdən nəqliyyat sektorundan tullantı azalarsa, ətraf mühitin çirklənməsi azalacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB