Milli parklar iyunun 1-dən ziyarətçilər üçün açıla bilər

Milli parklar iyunun 1-dən ziyarətçilər üçün açıla bilər

"Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejimi ilə bağlı yumşalma tədbirləri davam edərsə, iyunun 1-dən milli parklar ziyarətçilər üçün açılacaq". SİA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Nazir xatırladıb ki, mart ayından - karantin tədbirləri tətbiq olunduğu vaxtdan Milli parklar ziyarətçilər üçün bağlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə