DSX-nin sərhəd gözətçi gəmisi “Xocean-2” aparatını təhlükəsiz əraziyə çıxarıb

DSX-nin sərhəd gözətçi gəmisi “Xocean-2” aparatını təhlükəsiz əraziyə çıxarıb

“BP” şirkəti ilə bağlanmış müqavilə əsasında Xəzər dənizinin Azərbaycana mənsub sektorunda yerləşən neft-qaz boru kəmərlərinin sualtı yoxlanılmasını həyata keçiriən “Olimp Engeneering” şirkətinin “Xocean-2” aparatında mayın 21-də nasazlıq yaranıb. İdarəetməni itirməsi səbəbindən aparat küləyin təsiri ilə açıq dənizə doğru səmtlənib.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, “Olimp Engeneering” şirkətinin rəhbərliyi aparatın axtarışında kömək göstərilməsi məqsədilə Xidmətin Sahil Mühafizəsinə müraciət edib.

Dövlət sərhədinin mühafizəsində olan 304-cü sərhəd gözətçi gəmisi “Xocean-2” aparatının axtarış tədbirlərinə cəlb edilib. İki saat davam edən axtarışlardan sonra aparat Neft Daşlarından 15 kilometr cənub-qərbdə aşkarlanaraq dalğalı hava şəraitində yedəyə alınıb və təhlükəsiz yerə gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə