"Bakı Sumqayıt və digər böyük şəhərdə ictimai iaşə obyektləri tərəfindən havaya buraxılan zəhərli maddələrin qarşısının alınmasə üçün müvafiq təmizləyici qurğular quraşdılırıb. Bununla bağlı müsbət nəticə mövcuddur". SİA-nın verdiyi məlumata görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
Nazir bildirib ki, Nazirlik tərəfindən monitorinqlər də təşkil edilir və yoxlanışlar aparılır: "Bu qurğulardan istifadə etməyən obyektlər xəbərdar edilir və xəbərdarlığa cavab verilir. Xüsusilə də dövlət qurumları buna diqqətlə yanaşır. Bu istiqamətdə müsbət nəticələr əldə edilib".
M.Babayev yaşıllaşdırılma işləri ilə əlaqədar bildirib ki, Abşeron ərazisində 100 il öncə 1 faizdən artıq yaşıllaşdırılma yox idi: "Ötən əsrin 70-ci illərdə Abşeron və digər böyük şəhərlərdə intensiv yaşıllaşdırılma prosesinə başlanıldı. Bu müddət ərzində Abşeronda əhəmiyyətli şəkildə yaşıllıqların salındığını müşahidə etdik. Bu proses davamlı olacaq. Burda təkcə Ekologiya Nazirliyi yox, dövlət qurumları yox, bütün vətəndaşlar iştirak etməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB