Xəstəxanalarda, tibb müəssisələrində müalicə prosesi nəticəsində yaranan tullantılar xüsusi olaraq qablaşdırılır. Daha sonra onlar yandırılır və yandırıldıqda onlar zərərsizləşdirilir və məhv edilir. SİA-nın verdiyi məlumata görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
H.Əlizadə Sumqayıtda məişət tullantıları poliqonunda yanğın baş verməsi ilə bağlı yeni məişət poliqonun yaradılması məsələsinə də toxunub: "Sumqayıt məişət tullantıları poliqonunda yanğının baş verməsi vətəndaşların haqlı narazılığına səbəb oldu. Bununla bağlı biz araşdırma apardıq və müəssisənin direktoruna 4800 manat miqdarında cərimə tətbiq edildi. O bildirib ki, məişət poliqonlarının olmaması ciddi problemlər yaradır. Çünki məişət tullantıları qalaq şəklində yığılaraq ərazidə qalır və bu ətrafa ziyan verir. Ona görə də Sumqayıtda və digər ərazilərdə məişət poliqonlarının yaradılması məsələsi gündəmimizdədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB