Təhlükəli tibbi tullantılar 800-1200 dərəcədə məhv edilir - Operatib Qərargah

Təhlükəli tibbi tullantılar 800-1200 dərəcədə məhv edilir - Operatib Qərargah

"Bu gün nazirlik səviyyəsində görülən işləri və fəaliyyət istiqamətlərini, həmçinin, apardığımız təhlillərimizi təqdim etmək istərdik. Nazirlik Operativ Qərargahın təyin etdiyi qaydalara əsasən fəaliyyət göstərir. İndiyə qədər kollektivimizdə virusa yoluxan olmayıb". SİA-nın verdiyi məlumata görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

Nazir bildirib ki, Nazirliyin xüsusilə diqqəti olan əsas məsələ təhlükəli tibbi tullantıların idarə olunmasıdır: "Eyni zamanda Nazirlik onların məhv edilməsi və utilizasiyasını həyata keçirir. Tibbi tullantılar tərəfimizdən 4 qrupa bölünür. Təhlükəli tibbi tullantılar xüsusi rənglərlə ayrılmış torbalarda bölünür. B qrupu üzrə təhlükəli tullantılar sarı, C qrupu üzrə təhlükəli tullantılar qırmızı torbalara yığılır. Onlar 800-1200 dərəcə temperaturda zərərsizləşdirilərək məhv edilir".

Bütün xəbərlər Facebook səhifəmizdə