Ölkəmizin Pakistandakı səfiri Əli Əlizadə koronavirus pandemiyası ilə mübarizə aparan qardaş ölkəyə həmrəylik nümayiş etdirən Azərbaycanın mədəniyyət xadimlərinə təşəkkürünü bildirib. SİA-nın xəbərinə görə, səfri öz “facebook” hesabında qeyd edib ki, Azərbaycanın əməkdar artisti Maestro İslam Manafov, xanım Şüküfə Manafova və övladları Turan Manafzadə həmrəylik məqsədilə Pakistanın populyar "Dil Dil Pakistan" mahnısının birlikdə ifa ediblər: “Turan xanıma və Manafzadə ailəsinə səylərinə və həmrəyliklərinə görə təşəkkürlər”.
Qeyd edək ki, Turan xanım Azərbaycanın əməkdar artisti, bəstəkar və dünyanın az sayda olan xanım dirijorlarından biridir.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB