“Müxalifətin müxtəlif dövrlərdə satqın statusu qazanan xəyanətkar rəhbərliyi milli və dövlətçilik maraqlarına zərbə vurmağa cəhd etmələri faktlarının yenidən üzə çıxması gündəmi zəbt edən ən aktual mövzulardan biridir”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Vüsar İsmayılov deyib.
Onun sözlərinə görə, xalq hərakatından sonra partiyalar yaradaraq qrup şəkilində birləşən bir neçə siyasi dəllal, cəmiyyətdə öncül mövqe tutmaq üçün hər cür riyakarlığa və fitnə-fəsada əl atdılar: “Hakimiyyət hərisliyi onları ölkəmizə düşmən münasibətdə olan dövlətlərlə iş birliyi qurmaq və daxili sabitliyin pozulması üçün çirkin oyunların əsas apracı fiqurlarına çevirdi. Ayrı-ayrı vaxtlarda ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş iğtişaş törətmək çəhdləri, antimilli qüvvələrin fəaliyyətnin əsas məğzini təşkil edib və bu gündə destruktiv fəaliyyət növü kimi, dağıdıcı istiqmətdə davam edir. Bu bir faktdır ki, Cənab Prezident İlham Əliyevin ümumxalq mənafeyinə söykənən, sosial siyasət kursu və mili ruhlu dövlətçilik mövqeyi antilmili qüvəllərin planlarını alt-üst edərək uğursuzluğa yönəldir. Hər dəfə təbii ki, arzulamadıqları situasiya ilə qarşılaşırlar. Başqa sözlə desək, cənab İlham Əliyev onları defolt bir duruma salır. Sifarişlər həyata keçirilməyən də, xarici havadarların etmadının itirilməsi, öhdəliklərin yerinə yetirilməməsi, aralarında ki, daxili gərginliyin artmasına səbəb olur. Nəticədə öz aralarında qarşılıqlı ittihamlar və bir-birlərini günahlandırmaq prosesinə rəvac verilir. Məhz bu üzdəndir ki, daxildə uğursuzluğun əsas səbəblərini və səbəbkarlarını araşdırmaq mübarizəsı Əli Kərimlinin mövqeyini daha da zəiflədir. İlk olaraq birüzə verilməsə də, amma müxalifət düşərgəsində səslənən ittihamlar bunu deməyə əsas verir. Təsadüfi deyil ki, "gey"lərdən tutmuş, söyüş dəstəsi olan trollar son müzakirələrdə prioritet bir mövzudur. Nəzərə alsaq ki, onların himayədarı Əli Kərimlidir, arqumentimin səhihliyinə heç bir şübhə qalmır”.
Vüsar İsmayılov bildirib ki, özünə rəqib saydığı müxalifət təmsilçilərini siradan çıxarmaq üçün illər uzunu çaba göstərən Əli Kərimli yəqinki yaxın vaxtlarda təmsil olunduğu qurumların axırına çıxacaq: “Təbiətində satqınlıq və xəyanətkarlıq olan bir siyası möhtəkirın boğularkən ayaq altına salacağı hələ çox insanlar var desək, yanılmarıq. Əslində bunun fərqində olanların mövcudluğu hiss olunur. Son istefalar bu faktı reallaşdırır. Artıq Əli Kərimli və o tip insanlardan fərqli olaraq, bəziləri anlamağa başlayıblar ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyev ümumxalaq məhəbbətini qazanan lider kimi mövqelərini günü-gündən daha da möhkəmləndirir. Bu isə onların, hələ uzun illər çox məyus olacağına bir işarədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB